Sizin Reklam Burada

Daha 40 şəhid ailəsi və müharibə əlilinə ev verildi

Daha 40 şəhid ailəsi və müharibə əlilinə ev verildiPrezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək. 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Avrasiya.net-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib. Tədbirdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də iştirak edib.

Nazir müavini yeni mənzillə təmin edilən şəhid ailələrini və müharibə əlillərini bu və qarşıdan gələn Novruz bayramı münasibətilə Nazirliyin rəhbərliyi adından təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə yaxın 5 ildə bu kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək.

H.Abdullayev diqqətə çatdırıb ki, 2021-ci ilin planı üzrə artıq 140 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İndiyədək isə şəhid ailələri və müharibə əlillərinə 9300-dək mənzil və fərdi ev verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər