Sizin Reklam Burada

Nazim İbrahimovun adı məşhur qətl işində... - Detallar

Nazim İbrahimovun adı məşhur qətl işində... - DetallarGeneral Rövşən Əkbərovun həbsi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov üçün ciddi başağrısına çevrilə bilər.

Generalın ittiham olunduğu qətl hadisəsində Nazim İbrahimovun da adı keçir.

Xatırladaq ki, iş adamı Elçin Əliyev 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. O, hadisədə, həmçinin, Nazim İbrahimovu da ittiham edir.

Səmayə Əliyeva Hit.az-a bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər:

“İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq”.

O, prokurorluqda Nazim İbrahimovun da bu məsələdə təqsirkar olduğunu deyib:

“İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Səmayə Əliyevanın prokurorluğa çağırılaraq ifadəsinin alınması Rövşən Əkbərovun qətl hadisəsinə görə həbs olunması barədə iddaların əsassız olmadığına şübhələri artırır. Bu halda həmin vaxt Ukraynda Azərbaycanın səfiri olan Nazim İbrahimovun da məsuliyyətə cəlb olunacağı istisna edilmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər