Sizin Reklam Burada

Seyran Xitilova: “Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək”

Seyran Xitilova: “Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək”Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Gənclər bütün sahələrdə Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Onu da qeyd edək ki, dövlətimizin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Hazırda dövlətin diqqət və qayğısından güc alan gənclərimiz artıq yeni bir gücə çevriliblər. Bu gün təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə təhsil alan və yaşayan gənclərimiz də aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və diaspor fəaliyyətində də könüllü şəkildə iştirak edərək, ölkəmizin aktiv təbliğatını aparırlar. Bu sırada qardaş Türkiyənin müxtəlif şəhərlərində təhsil alan gənclərimizin fəaliyyətini də qeyd etmək yerinə düşər. Belə gənclərdən biri də Seyran Xitilovadır. Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində təhsil alan Seyran bizə müsahibəsində həm görülən işlər barədə məlumat verib, həm də bu şəhərdə diaspor təşkilatımızın yaranmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Dənizlidəki azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün bir mərkəzdən, vahid proqram əsasında addım atılması mücbət nəticə verə bilər.

Xatırladaq ki, Seyran İlham qızı Xitilova 2001-ci il martın 10-da Qəbələ rayonunda anadan olub. 2007-ci ildə Qəbələ rayon Tüntül kənd M.Müşfiq adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və elə həmin ildə Pamukkale Universiteti Tekstil mühəndisliyi ixtisasına qəbul olub.

- Pamukkale Universitetində neçə azərbaycanlı tələbə təhsil alır və universitet rəhbərliyi azərbaycanlı olaraq sizə lazımi diqqət göstərirmi?

- Rəsmi olaraq neçə nəfər olduğuna dair dəqiq məlumatım yoxdur, amma az deyil. Ümumiyyətlə, universitetimizin xarici tələbələrə olan diqqəti təqdirəlayiqdir.

- Pamukkale Universitetindəki digər ölkələrin tələbələri ilə əlaqələriniz necədir? Birgə ölkələrin tanıtım tədbirlərində iştirak edirsizmi?

- Universitetimizdə 106 fərqli ölkədən olan tələbə təhsil alır. Mütəmadi olaraq görüşlər təşkil edilir, müxtəlif mövzularda toplantılar keçirilir. Mədəniyyət gəcəsi,ölkə tanıtımı kimi bir çox tədbirlərdə yaxından iştirak etmiş biri kimi deyə bilərəm ki,bu cür tədbirlərin həm başqa ölkələrin mədəniyyətini öyrənməkdə, həm də tələbələrin sosial aktivliyində böyük faydası var.

- Universitetdə, ümumiyyətlə Dənizlidə Azərbaycanı necə tanıdırsız?

-Az öncə dediyim kimi, bir çox ölkənin tanıtımı layihələri və tədbirləri gərçəkləşdirilir. Eyni zamanda, azərbaycanlı tələbələr olaraq biz də ölkəmizlə bağlı bir sıra tədbirlər keçirmişik. Onu da deyim ki, Xocalı və 20 Yanvar faciələrinin ildönümləri ilə bağlı anım tədbirləri universitet rəhbərliyi tərəfindən xüsusi olaraq nəzərə alınır. Yəni bu tədbirlərin keçirilməsinə universitetin rəhbərliyi tərəfindən xüsusi dəstək göstərilir.

- Bəs, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Dənizli ictimaiyyətinə çatdırılması üçün hansı addımları atırsınız?

- Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında mütəmadi olaraq həm Pamukkale Universitetinin müxtəlif ölkələrdən olan tələbələrinə, həm də Dənizli ictimaiyyətinə məlumatlar veririk. Eyni zamanda, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribatdan sonra başladığmız Vətən müharibəsinın gedişi və ötən müddət ərzində cəbhədə məğlub olan Ermənistanın mülki əhalimizə qarşı həyata keçirdiyi terror aktları barədə burada bacardığımız qədər məlumatlar yayırıq. Ermənilərin dinc əhalimizə qarşı etdikləri terror əməlləri hər birimizi məyus edib. Lakin buna baxmayraq, sevinirik ki, rəşadətli Azərbaycan Ordusu işğalçılara lazımi cavab verir. Ordumuzun əldə etdiyi uğurlar, torpaqlarımızın işğaldan azad olması hər birimizin qürur mənbəyinə çevirilib.

- Azərbaycanlı tələbələrin universitetdə həmrəyliyi və ictimai aktivliyi hansı səviyyədədir?

- Bir çox tədbirlərdə öz birliyimizi çox gözəl şəkildə göstərmişik. Bütün hallarda xaricdə təhsil alan azərbaycanlı gənclərin ictimai fəaliyyətlə də məşğul olmaları vacibdir.

- Bu gün Dənizlidə Azərbaycan diaspor təşkilatının yaradılmasına nə dərəcədə ehtiyac var?

- Belə bir diaspor təşkilatının yaradılmasına ehtiyacın böyük olduğunu düşünürəm. Həm daha həmrəy olmaq, həm də tanımadığımız digər azərbaycanlı tələbələri tanıyıb onların ehtiyacları və problemləri ilə yaxından tanış olmaq baxımından bu diaspor təşkilatının bizə böyük köməkliyi olacağını düşünürəm. Bura bizim üçün həm də bir Azərbaycan evimiz olar. Vətənimizin qoxusunu buradan almış olarıq. Eyni zamanda Dənizlidə hər hansı diaspor təşkilatının yaradılması ümumi olaraq bu şəhərdəki gənclərimizin ictimai aktivliyini daha da gücləndirər. Bir sözlə, Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək. Bu təşkilat vasitəsilə birləşə və səsimizi daha da böyük kütlələrə çatdıra bilərik. Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Biz birlikdə güclüyük” şüarının haqqını vermək, birləşmək üçün bu təşkilata ehtiyacımızın olduğunu düşünürəm.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər