Sizin Reklam Burada

Sosial şəbəkələrlə bağlı layihə uğurla başa çatıb

Sosial şəbəkələrlə bağlı layihə uğurla başa çatıb“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsi uğurla başa çatıb.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq üç ay ərzində müxtəlif fəaliyyətlər həyata keçirilib. İlkin mərhələdə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ümumilikdə 600-dən çox sakini ilə 6 onlayn ictimai müzakirə reallaşdırılıb.

Görüşlərdə şəhər sakinləri, millət vəkilləri, ekspertlər, dövlət
qurumlarının vəzifəli şəxsləri, idarə təmsilçiləri, təşkilat əməkdaşları, müəllim və tələbələr iştirak ediblər və mövzu ilə bağlı fikirlərini bölüşüblər.Qonaqlar layihənin önəminə toxunaraq, mövzunun vacibliyini diqqətə çatdırıblar.Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb
edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.

Növbəti mərhələdə mövzu ilə əlaqədar 400-dən çox şəxsdən sorğular götürülüb, nəticələr əsasında kitabçalar hazırlanıb və ödənişsiz olaraq vətəndaşlara paylanılıb.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin könüllü şəkildə COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə yardım edib, ehtiyacı olan şəxslərə ərzaq kuponları göndərilib.
Daha uğurlu nəticələrə nail olunması və dayanıqlığın təmin edilməsi məqsədi ilə layihəyə əlavə dəyər gətirən fəaliyyətlər də həyata keçirilib.Hesab olunub ki, icra olunan layihə vətəndaş cəmiyyəti üzvlərinin sosial şəbəkələrdən daha uğurlu istifadəsinə təkan verəcək.

Qeyd edək ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən icra dövründə təşkilatla sıx əməkdaşlıq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər