Sizin Reklam Burada

Diaspor təşkilatlarının gücü: media gözləntiləri doğruldurmu?

Diaspor təşkilatlarının gücü: media gözləntiləri doğruldurmu?Son tədqiqatlar göstərir ki, diaspor təşkilatları üçün məlumat mühitinin formalaşmasında medianın, xüsusilə, internet mediasının rolu getdikcə artır

(əvvəli ötən sayımızda)

Bu gün Azərbaycan Respublikasında informasiya azadlığının təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı və beynəlxalq rəqabətə davamlılığının yüksəldilməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi sahəsində bütün zəruri şərtlər təmin olunmuşdur. Bu gün Azərbaycan internet istifadəçilərinin sayına görə regionda aparıcı yer tutur. Müasir informasiya texnologiyaları məlumatın sürətli əldə olunması və yayılması üçün geniş imkanlar yaradır. Sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını, mətbuatı əvəz etməkdədir. İstənilən məlumat, rəy və mülahizə qısa müddət ərzində internet istifadəçiləri arasında maneəsiz yayılır.

İnternet üzərindən aparılan araşıdrmalar göstərir ki, Azərbaycan diasporu ilə media arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsinə, birgə fəaliyyətin təkmilləşdirilməsinə və daha da gücləndirilməsinə həmişəki kimi bu gün də ciddi ehtiyac vardır. Dayanmadan gedən proseslərin fonunda virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini təmin olunması, informasiya mübadiləsi sahəsində fəaliyyətilərinin uzlaşdırılması, həqiqqətlərimizin dünya ictimayyətinə operativ, əhatəli şəkildə çatdırılmasında informasiya texnologiyalarından səmərəli istifadə olunması olduqca vacibdir və məqsədilə daha ciddi addımlar atılmalıdır. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Avropanın media qurumları ilə Azərbaycan KİV-ləri arasında qarşılıqlı əməkdaşlığın yaranması da günümüzün qaçılmaz tələbinə çevrilmişdir. Bu əlaqənin qurulmasında diaspor təşkilatlarının xüsusi payı vardır. Bunun üçün isə Avropada məskunlaşmış azərbaycanlı jurnalistlərin yerli kütləvi informasiya vasitələrində təmsil olunması oldquca əhəmiyyətli amildir.

Sadalanan hədəflərə yetişmək üçün daha mütəşəkkil olmaq, sistemli şəkildə vahid mərkəzdən idarə edilmək mühümdür. Belə ki azərbaycanlıların sıx yaşadığı ölkələrdə onların yerli ictimai-siyasi proseslərdə iştirakını və təsir imkanlarını artırmaq da həlledici amillər sırasındadır.

Diaspor təşkilatlarının qarşısında dayanan əsas məslələrdən biri də gənclərə təsir gücünün artırılması, onlarla işin səmərəliliyinə nail olunmasıdır. Belə ki, gənclərə sosial şəbəkədə milli mənəvi-etik normalara riayət etmələri, bu dəyərlərə zidd davranışlara yol verməmələri aşılanmalıdır. Sosial şəbəkələrin imkanlarından istifadə etməklə Avropada yaşayan, təhsil alan savadlı, yüksək intellektli azərbaycanlı gənclərinin vətənpərvərlik ruhunu artırmaq, onların vətənlə əlaqələrini gücləndirmək, fəaliyyətlərini düzgün istiqamətə yönəltmək məqsədilə xüsusi layihələr işlənməlidir.

Bir daha bu fikrə qayıdaq ki, müasir, qloballaşan dünyada bütün sahələr kimi diaspor fəaliyyəti də yeni yanaşmalar, yeni üsullar tələb edir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkənin mediası ilə əlaqəsinin olması, mütəmadi olaraq, məlumatlarla çıxış etməsi çox vacibdir. Amma bundan daha effektlisi özünün ayrıca orqanının olmasıdır. Ölkə başçımız diaspor qurumları ilə görüşdə bu məqamı xüsusi vurğuladı. O qeyd etdi ki, yerli mətbuata çıxışı gücləndirməklə yanaşı, diaspor təşkilatlarının özlərinin ayrıca mətbu orqanının olması ümumi işin xeyrinədir.

Bu sahə üzrə ekspert Rövşən Məmmədov araşdırmasında maraqlı faktlar təqdim edir. O, tədqiqatında göstərir ki, 2002-2005-ci illərdə diasporumuz Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə 16 internet saytı, 4 radio (“Azərbaycan”/Almaniya, “Orange FM”/Avstriya, “Azərbaycanın səsi”/Fransa, “Azərbaycanın səsi”/İsveçrə), 1 TV (“GÜNAZ”/ABŞ), 11 qəzet (“Oqni Azerbaydjana”, “XXI vek-XXI əsr”, “Abşeron”/Ukrayna, “Turan”, “Azerbaydjan”, “Azerbaydjanskiy konqress”/Rusiya, “EU Xəbər”, “Euro News”/Belçika, “Beniluks”/Niderland, “Ekspress Turan”/Qazaxıstan, “Türkel”/Qırğızıstan) və 6 jurnal (“Birlik”/Rusiya, “Azərbaycan diasporu”/Azərbaycan, “Yeni Körpü”/Almaniya, “Türk və Qafqaz dünyası”/Estoniya, “Körpü Le Pont”/Fransa, “Azərbaycan Dünyası”/Türkiyə) yaratmışdır.

Mətbu orqanlara gəlincə, müasir dövrdə Birləşmiş Ştatlarda çap olunan “Dirilik”, “Azərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan”, “Reform”, “Bablyon Azerbaijan”, İsveçdə “Tribun”, “Durna”, “Azərbaycan”, “Araz”, Rusiyada “Azərbaycan diasporu”, “Vətən çağırır”, “Azərbaycan-media”, “Bizim qəzet”, “Azərbaycan”, “Yurd”, “İnam”, “Al Xayat”, “Birlik”, Dağıstanda “Dərbənd”, Estoniyada “Ocaq”, Ukraynada “Savalan”, “Exo Azerbaydjana”, “Qolos Azerbaydjana, “Millət”, Polşada “Xüdafərin”, İspaniyada “Dədə Qorqu”, Kanadada “Azəri”, İranda “İnqilab yolunda”, həmçinin “Ana dili”, “Ərk”, “Azər”, “Savalan” (Almaniya), “Dədə Qorqud” (İspaniya), “Qürbət” (Brüssel), “Aydınlıq” (İngiltərə), “Azərbaycan türkləri”, “Xəzər” (Türkiyə), “Azərbaycan” (İsveçrə), “Azərbaycan” (ABŞ), “Araz” (İsveç), “Ziya”, “İnam” (Rusiya), “Savalan”, “Millət” (Ukrayna), “Araz” (Moldova) və s. kimi dərgiləri misal göstərmək olar. Bunlar özlüyündə müsbət hal olsa da, bu işin davam etdirilməsi çox vacibdir.

Sonda xüsusi olaraq vurğulayaq ki, diaspor və mətbuatın qarşılıqlı əlaqəsinin qurulmasında QHT-lər də öz töhfələrini verməkdədir. Bu baxımdan, hesab edirəm ki, CASCFEN-nin reallaşdırdığı "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi kimi layihələr də ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın ümumdövlət maraqlarımız naminə birləşməsində, eyni hədəfə vurmasında əhəmiyyətli rol oynayır.

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər