Bu siqaretlə xərçəngin əlaqəsi aşkarlandı
Dərc olunub:
13-09-2020, 14:18
Amerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, Yelsk, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.
İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.
Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.