Sizin Reklam Burada

ALDP bir sıra qanunlarla bağlı təkliflər paketi hazırlayır

ALDP bir sıra qanunlarla bağlı təkliflər paketi hazırlayırAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının on-line iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət müzakirə edilib. ALDP sədri partiya üzvlərinə karantin dövründə tətbiq olunan sanitar-epidemioloji qaydalara riayət etməyin vacibliyini deyib.

“Karantin vaxtı sentyabrın 30-na gədər uzadılıb. Buna baxmayaraq, müəyyən yumşalma baş verib, məktəblər açılıb. Payız aylarında qrip tipli xəstəliklərin çoxalmasını nəzərə alsaq, karantin qaydalarına riayət edilməsi mütləqdir, daha da diqqətli olmalıyıq. Hər bir partiya üzvü bu aylarda da məsuliyyətini artırmalıdır. Ona görə indi tətbiq olunan qaydalara riayət etsəniz, özünüzü və ailənizi təhlükələrdən qorumuş olacaqsız”- Fuad Əliyev bildirdi.

Daha sonra vətəndaşların karantin dövründə rastlaşdığı problemlər, partiyanın Azərbaycan qanunlarına dair təkliflərin verilməsi müzakirə olunub.

“Bu günə qədər minlərlə vətəndaşın üzləşdiyi problemlərlə bağlı müraciətlərini qəbul etmişik və bu davam olunur. Bu müraciətləri müvafiq orqanlara çatdırmışıq və əksər problemləri müsbət həll etmişik. Bir neçə məsələni ümumiləşdirib iqtidar-müxalifət görüşündə müzakirə etmişik. Artıq mənə məlumat verilib ki, partiyamızın Azərbaycan qanunlarına dair bir neçə təklif, layihə işləri yekünlaşmaq üzrədir. Bunlara “Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, Bakı şəhər Mer seçkilərinin keçirilməsi nəzərdə tutan layihələrdir. Sənədlər Prezident Administrasiyasına, Milli Məclisə və beynəlxalq təşkilatlara təqdim olunacaq”- ALDP sədri qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər