Sizin Reklam Burada

Dini ayinlərin kütləvi icrası karantin rejiminin sərtləşdirilməsinə səbəb ola bilər

Dini ayinlərin kütləvi icrası karantin rejiminin sərtləşdirilməsinə səbəb ola bilər“Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Lakin dövlətimiz tərəfindən din sahəsinə böyük diqqət və dəstək mövcuddur. Azərbaycanın hər bir vətəndaşının vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Dövlət tərəfindən də hər zaman buna geniş imkan yaradılıb. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsi üçün imkanlar yaradılıb. Tolerantlıq nümunəsi hesab edilən ölkəmiz dini dözümlülük səviyyəsinə görə dünya ölkələrinin əksəriyyətini qabaqlayır. Ölkə əhalisinin 95 faizi müsəlmanlardan ibarət olsa da, Azərbaycan az ölkələrdəndir ki, burada müxtəlif dinlərə məxsus insanlar bir-birlərinə hörmətlə yanaşırlar”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə söyləyib.

Onun sözlərinə görə, təəssüf hissi ilə də olsa qəbul etməliyik ki, hazırki şəraitdə dini ayinlərin kütləvi halda keçirilməsi çox ciddi fəsadlara yol aça bilər: “Uzun müddət sərt karantin rejimi nəticəsində ölkədəki COVID 19-a yoluxanların sayı xeyli azalmışdır. Bu nəticələrin əldə olunması üçün ölkə iqtisadiyyatı milyonlarla vəsait itirib. Ən əsası isə ölkə vətəndaşları uzun müddətdir ki, ev şəraitində qalmaq məcburiyyətində idi. Etiraf edək ki, bu vəziyyət inşaların da psixoloji durumuna mənfi təsir göstərib. Dövlət tərəfindən vəziyyətin qismən yaxşılaşdırıldığına görə qaydalar xeyli yumşaldıldı ki, vətəndaşların həm iqtisadı fəallığı artsın, həm də müəyyən dərəcədə istirahəti təşkil olunsun. Yumşalma rəqəmlərdə qismən artıma səbəb olsa da, hələ ki, vəziyyət idarəolunan səviyyədədir. Unutmayaq ki, indiki şəraitdə dini ayinlərin kütləvi formada icrası yoluxmanı xeyli alovlandıra və bu addım vətəndaşların sağlamlığını çox ciddi formada riskə ata bilər”.

C. Hüseynzadə qeyd edib ki, bizim dini inanclarda və dini kitablarda da sağlamlıq və təmizlik xüsusi yer tutur: “İslamda insanın sağlamlığına bilə-bilə zərbə vurulması günah sayılır. Buna görə ayinlərin sağlamlığa risk yaradan formada keçirilməsi qəbuledilməzdir. Bu addım İslam dininin də dəyərlərinə zidd olardı. Eyni zamanda bütün ayinlərin fərdi şəkildə keçirilməsi üçün də heç bir maniə yoxdur. Hər bir şəxs fərdi qaydada öz dini inancına uyğun, dini ayinlərini icra edə bilər”.

Həmsöhbətimiz onu da xatırladıb ki, koronavirus səbəbindən dünya müsəlmanlarının ən böyük və ən müqəddəs dini ayini olan Həcc ziyarəti ləğv edildi: “Bu, bütün dünya müsəlmanları tərəfindən anlayışla qarşılandı. Sağlamlığımızı qorumaqla koronavirusa birgə qalib gələrək növbəti illərdə dini ayinləri kütləvi tədbirlər formasında da qeyd edə bilərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər