Sizin Reklam Burada

Hər yer Allahındır, hər yer məsciddir – QMİ rəsmisi

Hər yer Allahındır, hər yer məsciddir – QMİ rəsmisiİslam qanunlarına görə, hər yer məsciddir. Dində belə buyurulur. Yəni, Allahın yaratdığı hər bir məkan məscid kimi qəbul olunmalıdır. Biz harada ibadət etsək, Allah-təala onu qəbul edər. İnsanın məsciddə namaz qılması mütləq deyil.

Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev koronavirus pandemiyasına görə məscidlərin ibadət üçün qapalı qalması haqda danışarkən deyib. QMİ rəsmisi bildirib ki, ibadətlə hər yerdə məşğul olmaq olar:

“Hətta narahatlıq yoxdursa, sineqoqda, kilsədə, açıq havada, bir sözlə, insan istədiyi yerdə ibadət edə bilər. Müəyyən insanlar məscidlərin hazırkı duruma görə bağlı qalmasının səbəblərini düzgün anlamırlar. Əgər bu gün təhlükəli xəstəliklər varsa, xeyli insanın bir araya gəlməsi virusun yayılma təhlükəsini yaradırsa, biz buna qarşı nə etməliyik?! Biz istəmərik ki, insanlar tələf olsun. Ona görə də bu gün kütləvi yerlərə axışmaqdansa, ailəmizin yanında ibadət etmək daha məqbuldur”.

Fuad Nurullayev deyib ki, bayram və cümə namazlarının məscidlərdə qılınmasının təxirə salınması müvəqqəti haldır:

“Bu, təkcə bizdə deyil. Bütün dünyada belədir. Dünyanın hər yerində müsəlmanlar bu problemlə üzləşiblər. Təkcə müsəlmanlar deyil, xaçpərəstlər, yəhudilər də kilsələrə, sineqoqlara gedə bilmirlər. Quran, Allah, peyğəmbər – hamısı buyurur ki, biz ilk növbədə xəstəliyin qarşısını almalıyıq. Xəstəliyin yayılmaması üçün əlimizdən gələni etməliyik. Müəyyən insanların məscidlərin indiki məqamda bağlı qalması ilə bağlı başqa-başqa şeylər danışması normal hal deyil. Onlar gərək uzaqgörən olsunlar, düşünsünlər. İlk növbədə yoluxmanın artmaması üçün əlimizdən gələni etməliyik. Operativ Qərargahın qanunları var. Onlara əməl etmək borcumuzdur. Bu, bizim ibadətimizin önəmini daşıyan amildir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər