Sizin Reklam Burada

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Videogörüşdə iştirak edən seçicilər işsiz və koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının alınması, məhəllələrarası yolların təmiri, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlər isə aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Azay Quliyev görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov və Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev də iştirak edib.
Azay Quliyev seçicilərlə videogörüş keçirib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər