Sizin Reklam Burada

Korona qışda məhv olacaq, yoxsa?.. - İnfeksionist

Korona qışda məhv olacaq, yoxsa?.. - İnfeksionistGələcəkdə koronavirusun mutasiya edərək zəifləməsini və yaxud davamlı ştamla əmələ gəlməsini indidən demək çox çətindir.

Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, koronavirus qış aylarında davam edəcəyi təqdirdə özünü çox ağır şəkildə göstərəcək:

“Bəşəriyyət tarixində 20-dən artıq pandemiya müşahidə edilib. Onların da hər biri müəyyən müddət davam edib. Sonuncu pandemiya ötən əsrin 18-20-ci illərində olub və 2 il davam edib, milyondan artıq insanın ölümünə səbəb olub. İndi koronavirusun ölkədə nə qədər davam edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Əgər bu infeksiya qış aylarında da müşahidə ediləcəksə, bu, özünü çox ağır şəkildə göstərəcək. Çünki qış aylarında digər kəskin respirator virus infeksiyaları meydana gələcək və koronavirusun bu infeksiyalarla birlikdə qeydə alınması daha ağır nəticələrə səbəb olacaq. Bu səbəbdən əhali də karantin davranış qaydalarına mütləq şəkildə riayət etməlidir. İnsanların kütləvi toplaşdığı yerlərə gedilməməlidir”.

Qeyd edək ki, bəzi ekspertlər koronavirusun dekabra qədər yox ola biləcəyi ehtimalını irəli sürüblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər