Sizin Reklam Burada

Koronavirusla bağlı təlimatlara layiqincə əməl edək - Komitə sədrindən çağırış

Koronavirusla bağlı təlimatlara layiqincə əməl edək - Komitə sədrindən çağırışBildiyimiz kimi karantin rejimində ayın 5-dən yenə də nisbi yumşalma olubdur. Düşünürəm ki, vətəndaşlarımız bu yumşalmadan sui istifadə etməməlidir. Bütün təlimatlara layiqincə əməl etməlidir. Cənab prezidentimiz İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışı zamanı qeyd etdi ki, yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Bu koronovirus dünyanın bir nömrəli bəlası olaraq dünya üçün çox ciddi problemdir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünki növbədənkənar sessiyasının üçüncü iclasında çıxışında bildirib.

Komitə sədri qeyd edib ki, ona görə hamımız çox məsuliyyətli olmalıyıq. Və nə qədər məsuliyyətli olsaq, bir o qədər qısa müddət ərzində bu karantin rejimindən çıxaraq normal həyata qayıtmaq mümkün ola bilər: "Amma bu gün nə qədər iqtisadiyyatımız ziyan görsə də aparılan doğru iqtisadi siyasət xalqın sosial rifah halının pisləşməsinin qarşısını maksimum almışdır. Belə ki, ölkəmizdə iqtisadi və sosial məsələlər bu gündə də öz müsbət həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq yetər, məsələn 5 milyona yaxın insanın geniş sosial paketlə əhatə edilməsi, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədən, dövlət tərəfindən əməkhaqqı alması, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilərək onların iş yerlərinin qorunması və s. yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Sosial dəstək bundan sonra da davam edəcəkdir. Belə ki, Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunacaq və avqust ayında da onlara 190 manat ödəniləcəkdir".

S.Qurbanov onu da vurğulayıb ki, eyni zamanda ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütün bunlar ölkəmizin gücünün, qudrətinin göstəricisidir: "Bir daha xahiş edirəm ki, koronavirusla bağlı təlimatlara layiqincə əməl edək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər