“Ölkədə yaranmış su problemi aradan qaldırılır" - Komitə sədri
"İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Bu görüşün əsas məqsədi su təsərrüfatında mövcud olan problemlərin müzakirəsi, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqların bundan sonrakı illərdə aradan qaldırılmasıdır".
Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədri bildirib ki, ölkə başçısı xalqı narahat digər sahələrdə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri davam etdirir: " Su təchizatı məsələsi prioritet problemlərdən biridir. İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə enerji qıtlığı mövcud idi və biz idxaldan asılı idik. Ölkə başçımızın gördüyü işlərin nəticəsi olaraq isə bizim əlavə ixrac imkanlarımız da yaranıb. Ölkəmizdə ekologiyanın yaxşılaşdırılması üçün bir sıra işlər görülməkdədir. Su infrastrukturunu yaşxılaşdırmaq üçün nəhəng layihələr həyata keçirilib ki, onlardan biridə Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu kəmərin çəkilişi minlərlə hektar sahənin suvarılmasını, xalqı içməli su ilə də təmin edib".
Deputatın sözlərinə görə, keçən illərdə yaranmış quraqlıq nəticəsində böhranlı vəziyyət əkin sahələrinin su ilə təhcizatında problemlər yaradıb: "Bu problemləri aradan qaldırmaq üçün möhtərəm prezidentin bir sıra göstərişləri olub. O cümlədən rayonlarda artezan quyularının qazılması, suyun təkrar emalı bu sahədə müasir tələblərə cavab verən yüksək keyfiyyətli emal qurğularının alınması. Ekologiyanın qorunması sahəsində çalışan təşkilatların bu işə cəlb olunması, qeyri hökümət təşkilatların qüvvəsindən istifadə olunması alimlərin biliyindən istifadə olunmaqla onlarında bu işə cəlb olunması. Bu gün dünyanın düçar olduğu koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda bu bəladan bizim ölkəmizədə pay düşür. Xalqımızı bu bəladan xilas etməyin əsas amillərindən biridə təmiz su ilə təmin olunmasıdır.Aidiyyatı qurumlar, qeyri hökümət təşkilatları və bütün ictimaiyyət bu çətinliyin aradan qaldırılması üçün birlik olmalıyıq".