Sizin Reklam Burada

Xalqımızı, gənclərimizi birliyə, həmrəyliyə səsləyirəm...

Xalqımızı, gənclərimizi birliyə, həmrəyliyə səsləyirəm... Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor

Dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dönəmdə işğalçı ermənistanın nöbvəti təcavüzü tək Azərbaycana deyil, bütün dünyada dincliyi, siyasi sabitliyi pozmağa yönəlmişdir!

Ümumbəşəri bəladan xilas olmaq üçün bütün səylərini ortaya qoyan bir dövlətə qarşı edilən bu işğalçılıq siyasəti və atəşkəs rejminin kobut şəkildə pozulması insanlığa sığmayan bir addım olaraq xalqımızın qəzəbinə səbəb olub. Ölkə rəhbərliyinin qətiyyətli addımı, qəbul etdiyi düzgün qərarların və məğrur ordumuzun fədakarcasına döyüşməsinin nəticəsidir ki, düşmən çoxsayda itkilərlə susdurulur, mövqelərimiz qorunub saxlanılır.

Biz bir xalq kimi birliyimizi, həmrəyliyimizi bu gün nümayiş etdirərək düşmənə hərtərəfli zərbələr endirmiş oluruq. Xalqın Azərbaycan Ordusuna dəstək yürüşü qürurverici hadisədir. Vətənimizin qorunması naminə dövlət başçısının ətrafında sıx birləşərək, əsgərlərimizə mənəvi dəstəyi nümayiş etdirən xalqımız bu günlərdə qüdrətli Azərbaycan naminə birliyini nümayiş etdirməkdədir. Təəssüflər olsun ki, bəzi qüvvələr ictimai asayişi və daxili sabitliyi pozmaq üçün vətənpərvər gənclərimizin bu həmrəyliyinə mane olurlar. Əlbəttə ki, xalqın möhtəşəm birliyi və həmrəyliyi qarşısında bu xırda xoşagəlməz cəhdlər tab gətirə bilməz.

Biz inanırıq ki, Ermənilərin Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirdikləri çoxsaylı hərbi əməliyyatlar beynəlxalq hüquqi müstəvidə də təcavüz kimi dəyərləndirilir. Biz də öz müqəddəratımızı Azərbaycan Respublikasının Ali Baş Komandanının əmir və göstərişinə uyğun olaraq təyin edəcəyik. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdır: “Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq”.

Mən də öz növbəmdə, xalqımızı, gənclərimizi birliyə, həmrəyliyə səsləyirəm, məkirli qüvvələrdən və antiAzərbaycan təbliğatlardan uzaq durmağa çağırıram.
Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan hərbiçilərimizin yaxınlarına dərin hüzünlə başsağlığı verirəm və Allahdan rəhmət diləyirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər