Sizin Reklam Burada

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov“Ali təhsil müəssisələrinin distant təhsili ilə bağlı çətinliklər bütün dünyada oldu. Heç bir ölkə pandemiyaya hazır deyildi”.

Avrasiya.net-in məlumatına görə, bunu "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: “Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir. Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər