Sizin Reklam Burada

Mənim Vətənim - Azərbaycan

Mənim Vətənim - AzərbaycanVətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim
Məmməd Araz


Vətən anlayışı müqəddəs, dərin və geniş anlayışdır. Azərbaycan kimi gözəl diyarda Azərbaycan türkləri ilə bərabər qeyri- etnik azlıqlar, yəni ləzgi, talış,yəhudi, kürd xalqı da məskunlaşıb. Hər birinə dünya arenasında haralısan sualını verəndə “mən Azərbaycanlıyam” cavabını verirlər.

Beləliklə, Azərbaycanda məskunlaşan azlıqlar da Can Azərbaycanı öz vətəni hesab edir. Hətta Dağlıq Qarabağ müharibəsində iştirak etmişlər. Onlardan biri də Azərbaycanın fəxri və Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovdur. Dağlıq Qarabağ müharibəsində “yəhudi buterbrodu” taktikası yaradan Albertin böyük ürəyində olan Azərbaycan sevgisini sizə çatdırmaq üçün onun jurnalistlə olan dialoqunu qeyd etməyə ehtiyac gördüm.

Jurnalist: Yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?

Albert: Ona görə ki, mən bu torpaqda yaşayıram , doğulmuşam burada, yaşayıram da burada,ayrı heç nə məcbur etmir.

Jurnalist: Bir vətəndaş kimi öz borunu nədə görürsən?

Albert: Gəlib torpağı qorumaq.

Jurnalist: Nə qədər təxminən qalmaq niyyətindəsən?

Albert: Müharibənin axırına kimi.

Beləliklə, bu xalqlar bir bayraq altında, bir ideologiya ətrafında toplaşıblar ki, bu “Azərbaycançılıq” məfkurəsidir. Azərbaycan bayrağı altında toplaşan hər bir xalq bir- birinin adət -ənəsində, dininə, inancına, mədəniyyətində hörmət edir. Bu da Azərbaycanın multikultural dövlət olmağından xəbər verir. Yəni, Azərbaycan çox mədəniyyətli dövlətdir. Elmi nəzəriyyədə isə buna multikulturalizm deyilir. Multikulturalizm – mədəniyyətlərarası dialoqdur. Multikulturalizm dünyada və ya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyə, siyasətdir. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir.

Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük - tolerantlıq hissinin olmasıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir.

Beləliklə, multikultural dəyərlər, tolerantlıq–Azərbaycanın dünyaya təqdim edilən bəşəri sərvətidir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dünya birliyinə bir siyasi mesajdır, sülhə, əmin-amanlığa, ədalətə çağırışdır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin tarixi kökləri vardır. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə müxtəlif millətlər və dinlər arasında aparıcı rol oynamışdır ki, nəticədə ölkədə mövcud olan dözümlülük, dostluq və həmrəylik yaranmışdır. Odur ki, Azərbaycanda hər bir etnos digər etnosların mədəni hüquqlarını tanıyır və bu hüquqlara hörmətlə yanaşır. Bütün bunlar da ona səbəb olmuşdur ki, əsrlər boyu ölkəmizin tarixində dini və yaxud etnik zəmində qarşıdurma baş verməmişdir. Bundan belə bir nəticə çıxara bilərik ki, Azərbaycanda multikulturalizmin tarixi burada yaşayan millətlərin, etnik qrupların yaşı qədərdir.

Azırbaycan dövləti multikulturalizmin təbliğini hər zaman aparmışdır. 2011, 2013 və 2015-ci illərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2013-cü ildə yenə Bakıda təşkil olunan müsəlman ölkələrinin Dini Liderlərinin Zirvə toplantısı, 2014-cü ildə Moskvada təşkil olunan “Azərbaycan-tolerantlığın məkanıdır” fotosərgisi, 2015-ci ildə Parisdə baş tutan “Dini tolerantlıq: Azərbaycanda birgə yaşayış mədəniyyəti” mövzusunda keçirilən konfrans, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2016-cı il martın 10-11-də Bakıda dünyanın 50-dən çox keçmiş və fəaliyyətdə olan dövlət və hökumət başçılarının iştirakı ilə baş tutmuş 4-cü Bakı Qlobal Forumu və digər bu kimi tədbirlər multikultural dəyərlərin dünya miqyasında təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Multikulturalizm dəyərlərinin təbliği və təşviqi sahəsində 15 may 2014-cü il tarixli sərəncamı ilə ölkə başçısının yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı işi isə xüsusi qeyd etmək lazımdır.

Bu il Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan Azərbaycanda yaşayan milli azlıqların mədəniyyətinə həsr olunan ingilis dilində “Bir vətənimiz var - Azərbaycan” adlı sənədli filmin hazırlanması layihəsinin icrasına başlaması da elə multikultural dəyərlərin qorunması üçün çox önəmli bir addımdır.

Beləliklə, "Bir vətənimiz var - Azərbaycan” sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini, sənətkarlıq nümunələrini, Azərbaycanda tolerantlıq və multikulturalizmin, insan hüquqlarının qorunmasını dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun da obrazı bu filmdə canlandırılsa lap yerinə düşər.

Füzuli Kərimov
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər