Polis polkovniki qəfil dünyasını dəyişdi
Dərc olunub:
5-07-2020, 21:18
Azərbaycanda polis polkovnik-leytenantı qəfil dünyasını dəyişib.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Kadrlar Şöbəsinin inspektoru, polis polkovnik-leytenantı Elşad Fəttayev vəfat edib.
Qeyd edək ki, şəkərli diabetdən əziyyət çəkən polisin bir neçə gün öncə anası da dünyasını dəyişmişdi.