Sizin Reklam Burada

Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib

Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçiribAzərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə "Ordumuz qürurumuzdur" başlıqlı onlayn formatda beynəlxalq videokonfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Gürcüstandan da ehtiyatda olan azərbaycanlı hərbiçilər, alimlər, jurnalistlər, ictimai xadimlər, diaspor təşkilatı rəhbərləri, gənc fəallar və digər şəxslər iştirak etmişlər.

Tədbiri açıq elan edən AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov giriş sözündə konfransın məqsədindən danışmış, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli tarixi inkişaf yolu ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə, ordumuzun daha güclü olması üçün dəyərli təkliflər eşidəcəyinə ümidvar olduğunu bildirmişdir.

Daha sonra tarix elmləri doktoru, hərb tarixinin araşdırıcısı Mehman Süleymanov maraqlı məruzə ilə çıxış edərək Azərbaycan Ordusunun yaranma və inkişaf tarixi barədə konfrans iştirakçılarını məlumatlandırmışdır. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründəki ordu quruculuğundan, Qafqaz İslam Ordusundan bəhs etmiş, hazırda Azərbaycan Ordusunun Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında daha da gücləndiyini xüsusi vurğulamışdır. Mehman Süleymanov Müdafiə naziri Zakir Həsənovun çıxışlarında səsləndirdiyi – “Ordumuz üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirməyə hazırdır!” fikrinin həqiqət olduğunu bildirmişdir.

ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov məruzəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən keçirilən iri miqyaslı təlim, yoxlama və digər tədbirlərdən bəhs etmişdir. O həm də ordumuzun müasir dövrün tələbinə uyğun ən mürəkkəb hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu bildirmişdir. T.Cəfərov çıxışında, bütün bunların ordumuzun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığının göstəricisi olduğunu xüsusi vurğulamışdır.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə ordumuzun kadr potensialından, kadr hazırlığından söz açmış, Respublikamızda bu işin yüksək peşəkarlıqla təşkil edildiyini söyləmişdir. Ordunun idarə edilməsi, əməliyyat hazırlığı məsələlərinə də toxunan polkovnik Ə.Qənizadə çıxışının sonunda xalqa səslənərək, müharibə başlayacağı təqdirdə ordumuzun qalib gələcəyinə qəti əmin olduğunu bildirmişdir.

Konfransa ABŞ-dan qoşulan tarixçi-alim, Azrəbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Saleh Kazımov çıxışında Azərbaycan Ordusunun müstəqilliyimizin qarantı olduğunu xüsusi vurğulamış, hərbi qulluqçuların işinin çətin və şərəfli olduğunu, ordumuzla fəxr etdiyini söyləmişdir.

Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev çıxış edərək ölkəmizdə hərbi təhsilin təşkilindən, milli zabit kadrlarımızın hərb elminə verdiyi töhfədən danışmış, Müdafiə naziri Zakir Həsənovun ordumuzun döyüş hazırlığı və ruhunun yüksək səviyyədə olması ilə bağlı fikirlərinə şərik olduğunu bildirmişdir.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev öz çıxışında AXC dövründə ordu quruculuğun çətinliklərindən, gənc milli ordumuzun uğurlu əməliyyatlarından ətraflı bəhs etmiş, bu günkü Azərbaycan ordusunun babalarının şərəfli yolunu davam etdirdiyini bildirmişdir. Əfqan Vəliyev həm də müasir dövrdəki ordu quruculuğuna yüksək qiymət vermiş, çoxlu yeni hərbi marşların yazılmasını, işğal olunmuş torpaqlarla, şəhidlərimizlə bağlı mediada, orta və ali məktəblərdə geniş təbliğat işlərinin aparılmasını, sosial şəbəkələrdə videoroliklərin yayılmasını təklif etmişdir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycanın siyasi, hərbi, diplomatik və s. istiqamətlərdə qazandığı uğurlardan bəhs etmiş, ordumuzun işğal olunmuş Vətən torpaqlarını azad etməsinin vacibliyini xüsusi vurğulamış və bunun tezliklə baş tutacağına inandığını bildirmişdir.

Çıxışına "Mən Prezidentin əsgəriyəm!"- deyərək başlayan Qarabağ Qazisi Ədalət Məhərrəmov da silah-sursat, hərbi hazırlıq, mənəvi-psixoloji baxımından üstün olan Azərbaycan Ordusunun tezliklə torpaqlarımızı işğaldan azad etməsinin vacibliyini vurğulamışdır.

Azərbaycan Hərb Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülşən Hüseynova çıxış edərək ordumuzun silah-sursat, maddi-texniki təminatının yüksək səviyədə olduğunu bildirmiş, cəbhə xəttində ordumuzun uğurlu əməliyyatlarından danışmışdır.

Çıxış üçün söz alan Milli QHT Forumunun prezidenti Rauf Zeyni rəhbərlik etdiyi qurumun orduyla bağlı həyata keçirdiyi tədbirlər haqda məlumat vermiş, burada irəli sürülən təklifləri dəstəklədiyini bildirmişdir.

Daha sonra Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan disapor təşkilatının sədri Kəmaləddin Ağayev, Qazi İslam Əzimov, AVH-nin İdarə Heyətinin üzvləri Aydın Allahverdiyev, Mübariz Göyüşlü, Vüsal Hətəmov, Məclis üzvü Ceyhun Bayramlı, Qarabağ Qazisi, ehtiyatda olan zabit, Tarix Araşdırmaları Qurumunun həmtəsisçisi Bəşir Əliz, ekoloq-yazar Vüsal İbrahimli, AVH təmsilçiləri Asim Kazımlı, Anar Atakişiyev və başqaları mövzuyla bağlı çıxışlar etmiş, maraqlı təkliflər səsləndirmişlər.

Sonda konfrans iştirakçıları bu cür tədbirlərin müntəzəm keçirilməsinin, Orduya ictimai dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulamışlar.

https://dialoq.info/herekat-ordumuz-qururumuzdur-movzusund…/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər