Sizin Reklam Burada

Ordumuzla fəxr edirik

Ordumuzla fəxr edirikFuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

26 iyunu Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti dönəmidə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə 25 minlik Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf yerləri erməni-bolşevik işğalından xilas etdi.

Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. Tarixi varislik ənənəsinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 9 oktyabr tarixində Azərbaycan ordusunun ilk paradı keçirilmişdi. Dünən isə Moskva şəhərində ordumuzun bir hissəsi Qələbə paradında iştrak etdi. Bizim əsgər və zabitlərimiz digər iştrakçılardan fərqlənirdilər. Onlara baxında qürur hissi keçirdim.

Biz fəxr edirik ki, bizim Mübariz İbrahimov, Albert Aqarunov kimi şəhid olan yüzlərlə Milli qəhramanlarımız var. Biz fəxr edirik ki, Vaqif Həsənov kimi minlərlə Daxili İşlər Nazirliyinin əməkdaşları işğalda olan torpaqları azad etmək üçün şəhid olublar. Biz fəxr edirik ki, Fuad Rzayev və onun rəhbərlik edən “Qurtuluş” kimi yenilməz batalyon olub. Biz 2016-cı ildə aprel düyüşlərində fədakarlıq göstərən əsgər və zabitlərimizlə fəxr edirik.

Bu gün rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlar prosesində sonadək təmkinlə iştirakının tərəfdarıdır. Mən isə hesab edirəm ki, artıq bu danışıqlara son qoyulmalıdır və ordumuz torpaqlarımızı erməni separatçılardan azad etmək üçün anti-terror əməliyyatına başlamalıdır. Ermənilər bilməlidirlər ki, torpaqlarımız istər sülh, istərsə hərb yolu ilə azad olunacaq. Nə 5 il, nə 15 il, nə 100 il, nə də 300 ildən sonra Dağlıq Qarabaq Azərbaycandan ayrılmayacaq.

Mən əsgər və zabitlərimizi Ordu günü münasibətilə təbrik edirəm. Tanrı sizi və Vətənimizi qorusun!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər