Sizin Reklam Burada

Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluqda yeni təyinatlarProkurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Sərəncamla Baş Prokurorluqda idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb, Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov Baş prokurorun müavini, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Həmçinin, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Həsənliyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər