Sizin Reklam Burada

Vətəndaşlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə etdi

Vətəndaşlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə etdiSüleyman İsmayılbəyli: "Ona görə də sərt tədbirlərin görülməsinə ehtiyac var"

"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftə sonları bir sıra sərt tədbirlərin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi və belə bir addımın atılmasının qaçılmazlığı vətəndaş məsuliyyətsizliyindən irəli gəldi. Çünki karantin qaydalarının yumşaldılmasından vətəndaşlarımız sui-istifadə etdilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, məhz bu məsuliyyətsizlik və yumşaldılma prosesindən sui-istifadə ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artmasına gətirib çıxartdı: "Bir gün ərzində 325 nəfərin virusa yoluxması və 5 nəfərin vəfat etməsi kifayət qədər böyük rəqəmdir və təhlükənin nə qədər ciddi olduğunu deməyə əsas verir. Halbuki karantin qaydaları zamanı Azərbaycanda gündəlik virusa yoluxanların sayı ikirəqəmli idi. Bu da ondan irəli gəlir ki, vətəndaşlarımız tətbiq edilən qaydalara əməl etmir, ətrafımızda olan təhlükəyə ciddi yanaşmırlar". MVP rəsmisi onu da deyib ki, dövlət başçısı Cənab İlham Əliyev nümunəvi davranış nümayiş etdirib son Tərtər və Ağcabədi rayonlara səfəri zamanı keçirdiyi görüşlərdə qoruyucu maskalardan istifadə etsə də, lakin bəzi vətəndaşlarımız bu qaydaya əməl etmirlər: "Əvvəl etiraz edirdilər ki, maska tapılmır, apteklərdə maska qıtlığı var. Azətbaycan dövləti və dövlət başçısı Cənab İlham Əliyevin bu istiqamətdə atdığı müvafiq addımlar, verdiyi tapşırıq və tövsiyələr, eləcə də görülən təxirəsalınmaz tədbirlər nəticəsində qoruyucu maska istehsal edən müəssisə istifadəyə verildi və indi apteklərdə asanlıqla qoruyucu maska tapmaq olur. Belə olan halda, nə üçün qaydalara əməl edib həm özümüzü, həm də ətrafımızı qorumuruq?.

Yuxarıda da qeyd etdiyim kimi, bu da yalnız məsuliyyətsislikdən irəli gəlir. Ona görə də vətəndaşlarımızın məsuliyyətli davranması, onları buna sövq etmək üçün əlavə addımların atılmasına, sərt tədbirlərin görülməsinə ehtiyac var". Süleyman İsmayılbəyli deyib ki, həftə sonları ictimai və fərdi nəqliyyat vasitələrinin, eləcə də insanların hərəkətinə məhdudiyyət tətbiq edilməsi doğru seçimdir: "Çünki vətəndaşlarımız həftə sonları istirahət günlərindən yararlanmaq üçen gəzintiyə çıxır, qonaq gedir və s. Bu da istər-istəməz küçə və meydanlarda, parklarda, restoran və kafelər, istirahət mərkəzlərində qələbəlik yaradır, xəstəliyin yayılması riskini artırır. Ona görə də hesab edirəm ki, həftə sonları insanların hərəkətinə məhdudiyyətlərin qoyulması doğru qərardır. Qardaş Türkiyədə bu təcrübə işə yaradı və bundan faydalanmaq məqsədəuyğundur. Bu bəlanı tamam aradan qaldırdıqdan sonra vətəndaşlarımız hara istəyir getsinlər. Ancaq olsun ki, bu qısa müddətdə dözümlü olaq, dövlətin, hökumətin qərarlarına əməl edib özümüzü, ətrafımızı qoruyaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər