Sizin Reklam Burada

Komitə sədri müharibə veteranlarını təbrik edib

Komitə sədri müharibə veteranlarını təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Əziz İkinci dünya müharibəsi veteranları və iştirakçıları!
9 may 1945 - ci ildən - faşizm üzərində Qələbədən 75 il keçir.

Bu gün sizlər qədər bizə də doğmadır. Sizlər bu doğmalığı varlığınız, orden və medallarınızla hələ də bizə hiss etdirirsiniz.

Bu müharibə zamanı SSRİ-nin qazandığı şanlı Qələbədə Azərbaycan xalqının çox böyük payı olub. Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər.
Əsgər və zabitlərimiz Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar.

Müharibə illərində ön cəbhədə olduğu kimi xalqımız arxa cəbhədə fədakarllq edib. SSRİ – də hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Bu Qələbədə Azərbaycan xalqı ilə yanaşı Azərbaycan neftinin də böyük rol oynadığı danılmazdır.

Əziz və doğma veteranlar!

Təəssüflər olsun ki, müstəqillik dövründən sonra müəyyən qüvvəllər sizin bu Qələbədə göstərdiyiniz qəhramanlığı unutdurmağa çalışırdılar. Axı Həzi Aslanovların, İsrafil Məmmədovların, Mehdi Hüseynzadələrin, Əhmədiyyə Cəbrayılovların, Ziba Qəniyevaların sücaətlərini yox saymaq necə ola bilərdi. Bu səbəbdən də ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra “Xalqımızın qızıl fondu” adlandırdığı müharibə veteranlarının, yəni sizlərin hüquqlarını bərpa etdi və 9 may – Qələbə günü rəsmi dövlət bayramı kimi qeyd edilməyə başladı.

Bu gün də dövlətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır. Hər il 9 May - Qələbə bayramı ərəfəsində İkinci dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardımlar göstərilir. Bu da sizlərə verilən dəyərin bir nümunəsidir.

Əziz veteranlar!

Tez bir zamanda sizlərlə bərabər Şuşada, Laçında, Kəbəcərdə Qələbə bayramları qeyd etmək arzusu ilə bayramınız mübarək olsun!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər