Sizin Reklam Burada

Kəlbəcərin deputatı Cavid Qurbanovun müdafiəsinə qalxdı

Kəlbəcərin deputatı Cavid Qurbanovun müdafiəsinə qalxdı“Son vaxtlar Cavid Qurbanov haqqında xoş olmayan məlumatlar yayılır. Hesab edirəm ki, bu məlumatların heç birinin əsası yoxdur. Cavid Qurbanov 3 dəfə Milli Məclisin deputatı olub. Onun Kəlbəcər camaatı üçün nə işlər gördüyünü mən bilirəm”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Aqil Məmmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanova qarşı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Parlamentarinin sözlərinə görə, Cavid Qurbanov xeyirxah missiyasını bu gün də davam etdirir:

“İstər tələbə adını qazanmış gənclərimizə, istərsə də digər ehtiyacı olan vətəndaşlarımıza yardımlar edib. Eyni zamanda, Cavid Qurbanov xeyirxah işlərini bu gün də davam etdirir. Biz yaxşı işlərə kölgə salan insanların sayının artmasına yol verməməliyik. Çalışmalıyıq ki, pis insanlar cəmiyyəti zəhərləməsinlər”.

Aqil Məmmədov bu cür informasiyaların kimlərinsə şəxsi maraqlarından qaynaqlandığını qeyd edib:

“Cavid Qurbanovun “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətində işlədiyi zamanlarda da fəaliyyəti göz önündə olub. Niyə görə bir şəxsin gördüyü işlərə ləkə yaxılır?! Bunun da bir səbəbi var. Bu da kimlərinsə öz maraqlarını həyata keçirtmək cəhdidir. Kimlərinsə tapşırığı ilə icra olunan məsələlərdir. Hər birimiz ləkə yaxan insanlara kəskin formada öz mövqeyimizi bildirməliyik. Bildirməliyik ki, belə hallar çoxalmasın”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər