07 apr 10:24Sosial

Koronavirusun arxasında gizlənən SENSASİYA: mutasiya, çipləşdirmə və...

Koronavirusun arxasında gizlənən SENSASİYA: mutasiya, çipləşdirmə və...
Koronavirus tapmacası getdikcə böyüyür və xəstəliyin dəhşətli nəticələrə gətirib çıxaracağı haqqında hər gün daha çox iddialar ortaya atılır. Dünya mətbuatında bütün xəbər başlıqları koronavurusla bağlıdır. Koronavirusa dair suallar çoxdur, cavabları bizi inanılmaz nəticələrə aparır.

Publika.az xarici mətbuata istinadən oxucuları konspiroloqların (Konspirologiya bizim dildə sui-qəsd nəzəriyyəsi kimi tərcümə olunur. Dünyada baş vermiş heç bir hadisənin tasədüfən, ya da təbii yolla baş vermədiyini, arxasında hansısa gizli qüvvələrin olduğunu və hadisələrin də yazılmış bir ssenari üzrə bu qüvvələr tərəfindən həyata keçirildiyini iddia edir.) koronavirus haqqında ictimaiyyətə elan edilməmiş versiyaları ilə tanış edir.

Martın 12-də Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian atdığı tvitdə iddia edir ki, koronavirusu Uhana Amerika hərbçiləri gətirib. Diplomat Birləşmiş Ştatların məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəlib. Çinli məmurların nizam-intizam dərəcəsini başa düşmək lazımdır. Lakin Amerikalıların məsuliyyətsizliyi haqqında bu fərziyyəni Çin xarici siyasət idarəsinin əməkdaşının öz təşəbbüsüylə etməsi inandırıcı deyil. Şübhəsiz ki, bu ÇXR rəhbərliyinin rəsmi mövqeyidir.

Bir az da irəli gedək. Pandemiyanın dəhşətli nəticələri iki ölkə Çin və İranda özünü göstərməyə başladı. Və Vaşinqtonda iddialar məhz onlara qarşı yönəlmişdi. Çin ABŞ-ın iqtisadi və maliyyə gücünə xələl gətirir, İranı isə Vaşinqton ideoloji təhlükə mənbəyi hesab edir və İran rejimini zəiflətməyi çoxdan arzu edir. Virusun idxal olunduğunu fərz etsək, onda amerikalılar onu əvvəlcə yuxarıdakı iki ünvana göndərməliydi və göndərdi. Çin artıq milyardlarla itki verib, xəstəlik artıq İranı da müəyyən mənada zəiflədib, Pentaqonun xəyal etdiyi hərbi əməliyyatlar başlayarsa, İran onlar üçün daha həssas hədəfə çevriləcək. Ancaq əsas məqsəd Amerika əsgərlərinin həyatını xilas etməkdir. Buna nəzəri cəhətdən on minlərlə iranlını virus yolu ilə qətlə yetirməklə nail olmaq mümkündür.

ABŞ-a qloballaşma layihəsi ilə əlaqəli problemlərin bir-bir çözülməsinə imkan verən daha bir maraqlı xətt var. İqtisad elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Maliyyə kafedrasının professoru Valentin Katasonov koronavirus peyvəndi ilə bəşəriyyətin qlobal çipləşdirmə perspektivi mövzusuna bir sıra məqalələr və kitab həsr edib.

Əldə olunan faktlarla bir çox təkzibolunmaz dəlillərə söykənərək professor iddia edir edir ki, “Microsoft”-dan uzaqlaşan Bill Qeyts hazırda vaksinlər hazırlamaqla məşğuldur. Professorun sözlərinə görə, Bill Qeyts artıq neçə illədir ki, viral xəstəliklərin qarşısını almaq üçün insan bədəninə asanlıqla yerləşdirilən nanoçip yaratmaq cəhdləri üzərində çalışır. Bu cür çiplərin köməyi ilə insanın davranışını tamamilə idarə edə, psixosomatikasını dəyişdirə, istənilən əmrləri yerinə yetirməyə məcbur edə bilərsiniz. Belə bir fantastik silaha sahib olan Amerikanın illər əvvəl qoyulmuş vəzifəni asanlıqla həll edəcəyi deyilir - hekayəni tamamlayıb planetin tam sahibi olmaq.

Və son olaraq pandemiyadan qazanan tərəfi unutmaq olmaz. 2019-cu ilin noyabr ayına olan məlumata görə, ABŞ-ın dövlət borcu 23 trilyon dolları keçib. Bu nəhəng rəqəmlər böyüməyə davam edir və Amerika gec-tez bir tədbir görmək məcburiyyətində qalmalı idi. Pandemiya örtüyü altında borcun əhəmiyyətli dərəcədə azalacağı görünür. Bu kütləvi iflaslarla sonlanacaq, amma hakimiyyət kənarda qalacaq, beləliklə, günah koronavirusun üzərinə düşəcək.

Hazırda Pentaqon bir milyona qədər ehtiyat qüvvəsini orduya cəlb etməyi planlaşdırır. Məsələ ondadır ki, qida çatışmazlığı başlasa, polislər küçə iğtişaşlarının öhdəsindən gələ bilməyəcək. Yeri gəlmişkən, bu gün ABŞ-da ən çox satılan mal silah və sursatdır. Kütləvi etirazlar olarsa, bütün bunlar, şübhəsiz ki, işə salınacaq.

Yuxarıda göstərilənlər koronavirusun insan əli olduğuna şübhə yaratmır. Konspiroloqlar yekun olaraq bu qənaətdədir ki, koronavirus bəzi qüvvələrin bir çox problemi həll etmək və özlərinə dünyada nizam yaratmaq üçün hazırladığı bioloji silahdır.
XƏBƏR LENTİ
SORĞU