Sizin Reklam Burada

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib
Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iclası komitə sədri Sadiq Qurbanov açaraq gündəlik barədə məlumat verib.

O bildirilib ki, müzakirəyə bir məsələ - "Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

İclasa internet vasitəsi ilə qatılan komitə üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar. Deputatlar qanunlara təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.

Komitə sədri Sadiq Qurbanov müzakirələrə yekun vuraraq məsələnin əhəmiyyəti barədə danışıb.

Tədbirin sonunda gündəlikdəki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər