Sizin Reklam Burada

Milli Məclis koronaya görə qanunlara dəyişiklik edir

Milli Məclis koronaya görə qanunlara dəyişiklik edirDünyada koronavirus tüğyan edir. Azərbaycanda koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O xatırladıb ki, Baş nazir dövlət qurumları və yerli icra qurumlarına müvafiq təlimat göndərib:

“Biz fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Hesab edirəm ki, bir müddət parlamentin komitə və komissiyalarının iclası təxirə salınmalıdır. Xahiş edirəm, təlimat məktubuna baxıb tanış olasınız”.

Spiker əlavə edib ki, hər zaman belə fikirlərə rast gəlinir ki, hər şey Prezidentin nəzarəti altındadır, dövlət lazım olan addımları atır:

“Bəli, bu həqiqətdir. Amma hamımız anlamalıyıq ki, bu epidemiya sadə məsələ deyil və sürətlə yayılır. Bu məsələdə hər kəs, biz də, məsuliyyətimizi dərk etməliyik. Hər birimiz üzərimizə düşəni etməliyik”.

Sahibə Qafarova bildirib ki, gündəliyə təklif olunan məsələlərin bir hisəssi koronavirsla qarşı mübarizə haqqındadır: “Bu qanunlar tez qəbul edilməlidir ki, koronavirus epidemiyasına qarşı daha səmərəli tədbirlər həyata keçirilsin”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər