Sizin Reklam Burada

"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"

"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"24 fevral 2020-ci il, saat 19:00-da Progress Club və İMSİ İctimai Birliyinin ortaq təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində "Xocalı Soyqırımının Anım tədbiri" təşkil olundu.

Tədbir ənənəvi qorxu və nifrət motivli çıxışlarla yox, daha rasional və real analizlərlə yadda qaldı.

Açılışdan sonra İMSİ İctimai Birliyinin sədri Araz Əhmədova söz verildi. O, öz çıxışında gənclərin maarifləndirilməsindəki çatışmazlıqlardan, qorxu və nifrət aspektli maarifləndirmənin gənclərdə erməni fobiyası yaratdığından, bunun da xüsusən xarici ölkələrdə ermənilərlə qarşılaşan həmvətənlərimizə mənfi təsir etməsindən danışdı. Ölkəmizin həssas regionda yerləşdiyinə diqqət çəkərək, gənclərin daha diqqətli və ayıq-sayıq davranmalı olduğunu vurğuladı. O öz çıxışında xüsusi olaraq “Aprel qələbəsi” haqqında danışaraq bildirdi ki, artıq düşmən tərəf özü qorxu və xof içərisindədir. Bu xof və qorxu daim artmalı, düşməni psixoloji olaraq əzməlidir.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
Daha sonra Progress Club-un Media və İctimaiyyətlə Əlaqələr (PR) üzrə koordinatoru Yusif Nəbiyev söz aldı. O, öz çıxışında vətənpərvərlik anlayışı haqqında fikirlərini bölüşdükdən sonra, klubun layihələrinin vətənpərvərlik ideyalarına xidmət etdiyini vurğuladı. Eyni zamanda Progress Club barədə danışaraq əsas ideyası insanlara fayda vermək, bütün insanları faydalandırmaq və eyni zamanda da faydalanmaq olan klubun bu cür tədbirlərin bundan sonra da təşkil edilməsində və milli dəyərlərimizin, vətənpərvərlik anlayışının təbliğ edilməsində aktiv olacağını bildirdi.

Sonda isə Progress Club-un üzvü, ictimai fəal Emin Əliyev kürsüyə dəvət edildi.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
E.Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin ilk dəfə ortaya çıxdığı dövrdən günümüzə qədər olan tarixi xronologiya barədə təfsilatlı şəkildə məlumat verdi. Çıxışında tarixi rəqəmlər və statistik məlumatlara deyil, daha çox yeni və daha effektiv metodun mənimsənilməsinə ehtiyac olduğunu qeyd etdi. Qorxu və xofun aşılanmasının bu terror və soyqırımı həyata keçirənlərin əsas məqsədi olduğunu qeyd edən E.Əliyev bu prosesin xüsusən azyaşlı uşaqlar üzərində sarsıdıcı təsirinin olduğunu bildirdi. Bu formada aparılan maarifləndirmə işinin insanlara vətənpərvərlik aşılamadığını, əksinə, qorxu və fobiyanı dərinləşdirdiyini vurğuladı. Natiq üzünü gəncliyə tutaraq onlara Vətənə bağlılığın hər bir davranışımızda büruzə verilməli olduğunu bildirdi. O dedi ki, işlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik. Hər kəs öz çalışdığı məqamda səngərdə növbə çəkən əsgər kimi davranmalıdır. Bu cür olarsa biz öz ölkəmizin ərazi bütövlüyünü tezliklə təmin etmiş olarıq.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
Çıxışlardan sonra dinləyicilərin sualları səsləndirildi və cavablandırıldı. Müzakirəli formada davam edən tədbir aparıcının təşəkkür nitqi ilə sonlandırıldı.

"Əməkdaşlıq etdiyi üçün İMSİ İctimai Birliyinə, yer ayırdığı üçün Gənclərin İnkişafı və Karyera Mərkəzinə və dinlədiyi üçün bütün dinləyicilərə Progress Club adından təşəkkür edirik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər