Sizin Reklam Burada

İnternet tv rəhbərinin şərti məhkumluğu ləğv olundu

İnternet tv rəhbərinin şərti məhkumluğu ləğv olunduBakı Apelyasiya Məhkəməsində "Kanal 13" internet televiyasının rəhbəri Əziz Orucovun barəsində olan şərti məhkumluğun götürülməsi ilə bağlı şikayətə baxılıb.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onun şikayəti təmin edilib və barəsində olan şərti məhkumluq ləğv edilib.

Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. Həmin il İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci il aprelin 5-də Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər