Sizin Reklam Burada

Sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq - Məzahir Pənahov

Sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq - Məzahir Pənahov
"Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə olan bütün məqamlar çox ciddi şəkildə araşdırılacaq".

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, kimdəsə hanısa fakt varsa, gecikdirmədən MSK-ya təqdim etsin: “Mən söz verirəm ki, addımlarımız çox ciddi olacaq. Heç kimin Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmaq haqqı yoxdur”.

M.Pənahov deyib ki, bütün müşahidəçilər üçün seçkiləri izləmək üçün bütün şərait yaradılmışdı.

"Müşahidəçilər seçkilərin normal qaydada keçirildiyini vurğuladı. Lakin müşahidəçilər tərəfindən bəzi xoşagəlməz halların olduğu qeyd olundu. Biz nöqsanlara yol verən aşağı seçki komissiyalarını ciddi şəkildə cəzalandıracağıq. Biz bu qədər maarifləndirmə işləri aparırıq, tədbirlər görürük. Ona görə də aşağı seçki komissiyaları öz vəzifəsini ciddi şəkildə yerinə yetirilməlidir”.

MSK sədri seçki məntəqələrində quraşdırılan veb-kameraları da araşdıracaqlarını bildirib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər