Sizin Reklam Burada

Şamaxıda seçkiyə inam - Fotolar

Şamaxıda seçkiyə inam - FotolarŞamaxıda deputatlığa namizəd Əsgərov Natiq Fərhad oğlu ilə 02.02.2020-ci il tarixində Mədəniyyət Mərkəzində seçicilərin izdihamlı görüşü keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, Natiq Əsgərov “Respublika Gənclər günü” münasibəti ilə bütün ölkə gənclərini təbrik edib, onlara uğurlar arzulayıb. O, bildirib ki, həyatının əsas hissəsini Azərbaycanda və xarici ölkələrdə elmə, təhsilə həsr etmiş, uzun illər xarici ölkələrdə oxumuş, işləmiş və orada qalıb yaşamaq imkanı olduğu halda dövlətinə, xalqına xidmət etmək, ölkəsinə fayda vermək üçün Azərbaycana dönüb.

O, çıxışında qeyd edib ki, Milli Məclis ayrı-ayrı şəxslərin deyil, bütün cəmiyyətin həyatını nizama salan, insanların maraq və mənafeyinə xidmət edən qanunların qəbul edildiyi, beynəlxalq müqavilələrin təsdiq edildiyi və digər mühüm məsələlərinin müzakirə və həll olunduğu qanunverici hakimiyyəti orqanıdır. Bu hakimiyyət orqanının formalaşması üçün keçirilən seçkilərə soyuq münasibət göstərmək dövlətin, xalqın bu gününə, gələcəyinə və inkişafına böyük zərbədir. Odur ki, Şamaxı seçicilərini seçkidə fəal iştiraka və layiqli namizədə səs verməyə çağırıb.

Natiq Əsgərov onu da bildirib ki, cənab prezidentin islahatlarına kölgə salmaq istəyən şəxslər və qüvvələr deputatların artıq təyin edildiyini, səsvermənin mənasız olduğunu deyirlər. Mən, ölkə başçısının islahatlarına inanaraq namizədliyimi irəli sürmüşəm. İnanıram ki, hamı tərəfindən bu islahatlara birmənalı dəstək veriləcək, xalqın inamının qırılmasına yol verilməyəcək, demokratik, ədalətli və şəffaf seçki keçiriləcəkdir.
Şamaxıda seçkiyə inam - Fotolar
Şamaxıda seçkiyə inam - Fotolar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər