Sizin Reklam Burada

Bakıda polisi öldürən şəxslə bağlı yeni fakt: kimdir?

Bakıda polisi öldürən şəxslə bağlı yeni fakt: kimdir?Dünən səhər saatlarında Heydər Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, 99 GZ 552 dövlət qeydiyyat nişanlı “Toyota Lənd Kruzer” markalı avtomobillə Koroğlu nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğlu olub.

Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq digər vəzifəyə keçirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb və zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər