Sizin Reklam Burada

Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO

Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki qərargahında seçiciləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Azay Quliyev seçicilərin işıq, qaz, su, lift, bankomatların əlçatanlığı, pensiya yaşının çox olması, problemli kreditlər, əfv və digər məsələlərlə bağlı fərdi müraciətlərini dinləyib.

Azay Quliyev 2020-ci il yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin üstünlükləri barədə danışıb.

Azay Quliyev bildirib ki, fevralın 9-da seçicilərin etimadını qazanaraq təkrar Milli Məclisə üzv seçildikdən sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə seçki kampaniyası dövründə görüş keçirdiyi məhəllələrdə bir daha olacaq və seçiciləri narahat edən problemlərin həlli üçün yerindəcə müvafiq qərarlar qəbul ediləcək.

Sonda seçicilər azayquliyev.az saytının “Seçicinin elektron kabineti” xidmətindən istifadə qaydaları və funksiyiları ilə yaxından tanış olub, könüllülərin yardımı ilə onların ərizə və şikayətləri elektron bazaya daxil edilib.
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər