Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Oğuz və Qəbələdə seçicilərlə görüşünü davam etdirib.
Hər iki görüş izdihamla müşayət olunub.
Namizəd Oğuzun Calud, Qəbələnin isə Zarağan kəndində məcburi köçkünlər üçün salınan məhəllədə seçicilərlə görüşüb.
Seçicilər YAP-ın namizədini alqışlarla qarşılayıblar. Bu da əhalinin hakim partiyaya olan inam və etibarını bir göstəricisidir.
Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası "Daha güclü Azərbaycan" naminə şüarı ilə qoşulub.
Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicinin fəal iştirak etməsini, səsvermə günü seçki məntəqələrinə gedərək vətənini, xalqını, millətini sevən namizədə səs verməyə çağırıb.
Daha sonra A. Məmmədov Seçki platformasından danışıb. Bildirib ki, əgər seçiciləri seçkilərdə ona etimad göstərib millət vəkili seçərlərsə, kəlbəcərlilərin parlamentdə haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacağını, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosila rifahının yüksəldilməsi, ölkəmizin inkişafı üçün var gücü ilə xidmət edəcək.
Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər. Onlar bildiriblər ki, parlamentdə A. Məmmədov kimi qətiyyətli, vətənpərvər bir vəkillərini görmək istəyirlər.