Sizin Reklam Burada

Vüqar Əhmədovun seçicilərlə görüşləri davam edir - Fotolar

Vüqar Əhmədovun seçicilərlə görüşləri davam edir - Fotolar 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Vüqar Əhmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Namizəd yerlərdə seçicilərlə görüşərək öz platforması haqqında məlumat verir. Bu görüşlər seçicilər tərəfindən maraqla qarşılanır və onları narahat edən məsələlər, vətəndaşların qayğıları və problemləri ətrafında namizədlə geniş fikir mübadiləsi aparılır.Seçicilərə son video müraciətində namizəd qeyd edib ki, onun fəaliyyəti və platforması vətəndaşlar tərəfindən böyük maraqla qarşılanır və qarşıdan gələn Milli Məclis seçkilərində seçicilərin dəstəyinə böyük ümid bəsləyir.
Vüqar Əhmədov seçkilərə “Müsbət dəyişikliklərə doğru” devizi ilə qatılıb və platformasında ölkəmizin ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda davamlı işin aparılması,gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, təqaüddə olan əməkli vətəndaşlarımızın pensiya və müavinatlarının qaldırılması, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması, rayonun kommunal problemlərinin nəzarətdə saxlanılması və digər məsələlər yer almışdır.
Vüqar Əhmədovun seçicilərlə görüşləri davam edir - Fotolar
Qeyd edək ki, Vüqar Əhmədov 2001-ci ildən ölkənin gənclər hərəkatında fəal iştirak edir, ilin ən fəal gənclər təşkilatı diplomuna və bır sıra digər mükafatlara layiq görülüb. Gənclərin maariflənməsi, sosial və mədəni inkişafına nail olmaq və beynəlxalq inteqrasiyasını dəstəkləmək məqsədi ilə BMT, ABŞ-ın Avrasiya Fondu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, SOROS Fondu, Azərbaycan Respublikası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Avropa Şurası Gənclər Fondu, ABŞ-ın German Marşal Fondu, Avropa İttifaqının gənclər proqramı, Dünya Bankı, ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək bu qurumların maliyyələşdirdiyi layihələrin koordinatoru olmuşdur. 2008-ci ildə ABŞ-ın Milli Demokratiya İnstitutunda proqram işçisi, 2011-2014-cü illərdə “World Vision International” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyində kommunikasiya üzrə mütəxəssis və layihə rəhbəri kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı növbədənkənar prezident seçkilərinin müşahidə missiyasında siyasi məsələlər üzrə köməkçi vəzifəsində işləmiş, ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Avstriya, Polşa və dünyanın onlarla digər ölkələrində keçirilən beynəlxalq konfranslarda məruzəçi kimi çıxış edərək ölkəmizi təmsil etmişdir. Bir sıra beynəlxalq təşkilatlarda ekspert kimi fəaliyyət göstərib. Rəhbəri olduğu Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin müəllifi olduğu onlarla regional və beynəlxalq əhəmiyyətli layihələrin koordinatoru olmuşdur. İngilis və rus dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.
Vüqar Əhmədovun seçicilərlə görüşləri davam edir - Fotolar
Vüqar Əhmədovun seçicilərlə görüşləri davam edir - Fotolar

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər