Parlament seçkiləri - 2020 ilə bağlı saytlarda keçirilən sosial sorğular saxtadır - VİDEO
Növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin təbliğat kampaniyasının ilk günündə sosial şəbəkələrdə hansısa şirkət tərəfindən namizədlərin reytinqini müəyyənləşdirən sorğu sistemi peyda oldu. Əvvəlcə bunun ciddi və inandırıcı olduğunu düşünənlər bəyəndikləri namizədə səs verməyə başladılar. Sonradan narazılıqlar yarandı və hətta sosial şəbəkə istifadəçiləri, bloggerlərin tənqidi ictimailəşdi. Sorğu sisteminin olduğu saytlardan biri BakuPost açıqlama verərək məsuliyyəti öz üzərindən atdı.
Bu günlərdə Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədova səs verən kəlbəcərli seçicilər də bu olayla üzləşiblər. Bir yerə toplaşan 25-30 kəlbəcərli Qaynar.info saytındakı sorğu sisteminə daxil olaraq namizədə səs veriblər. Amma sistemi yenilədikdə səs sayının artmadığını müşahidə ediblər. Səbəbini soruşmaq üçün adı çəkilən saytla əlaqə yaradan seçicilərə maraqlı təklif olunub - İP ünvanlarınızın surətini çəkib bizə göndərin biz aydınlaşdıraq...
Sorğu sistemində səslərin artmadığı səbəbini nasazlıq və saxtalaşma ilə əlaqədar olduğunu etiraf etməyən sayt bunun araşdırmadını İP ünvanlarını bağlayıb. Bütün bu oyunlar onu deməyə əsas verir ki, belə sorğu sistemləri müəyyən qüvvələr tərəfindən idarə olunur və qabaqcadan müəyyən olunan namizədlərin reytinqinin göstəricisi üçün qurulub. Kəlbəcərli seçicilərinin səslərinin oğurlanması bu sistemin saxta olduğunu bir daha təsdiqlədi.