Sizin Reklam Burada

Şəhid pilotun xanımı müraciət yaydı: Adına yaraşmayan...

Şəhid pilotun xanımı müraciət yaydı: Adına yaraşmayan...Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə mediaya müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, S.Alızadə medianı şəhid ailələrinin ailə problemini ictimai müzakirə mövzusuna çevirməməyə çağırıb:

“Bizlər ən əziz, yaxın, doğma insanlarımızı vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız var.

Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.

Lakin bəzi KİV-lər sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obyektinə çevirərək, şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik”.

S.Alızadə bildirib ki, əsas müzakirə edilən mövzu Qarabağ olmalıdır:

“Gəlin qəhrəmanlarımızı təbliğ edək, onların uğrunda can verdikləri vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq.

İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız”.

Qeyd edək ki, bir neçə gündür şəhid pilotumuzun ailəsində olan bəzi məişət məsələləri arzulanmayan səviyyədə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər