Sizin Reklam Burada

Daha bir deputatın əvəzinə oğlu namizədliyini irəli sürdü

Daha bir deputatın əvəzinə oğlu namizədliyini irəli sürdüDaha bir deputatın övladı seçkilərə qatılıb.

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb. Onun namizədliyi 69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən artıq qeydə alınıb. S. kazımov ixtisasca hüquqşünasdır, AMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.

Bildirilir ki, həmin dairədən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb. YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Qeyd edək ki, 4 dəfə millət vəkili seçilən Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Xatırladaq ki, bundan əvvəl millət vəkili Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80-ci İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyü məlum olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər