Prezident Ermənistanla sülh müqaviləsinin şərtlərini elan etdi

Prezident Ermənistanla sülh müqaviləsinin şərtlərini elan etdi"Ermənistan sülh müqaviləsini imzalamaq üçün iki bəndi yerinə yetirməlidir".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Pezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

“ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh müqaviləsinin imzalanmasına maneələri aradan qaldıracaq”, - İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Nazir bildirib ki, 2 maddə ilə bağlı işlər davam edir: "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir".

Ceyhun Bayramov əlavə edib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda hələ ki yekun razılaşma yoxdur.

Qeyd edək ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər