star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Suriya məsələsində Azərbaycan da diqqətli olmalıdır

Suriya məsələsində Azərbaycan da diqqətli olmalıdırSuriyada baş verən hadisələr qardaş Türkiyə, həmçinin bölgənin digər ölkələri ilə bərabər Azərbaycanda da diqqətlə izlənilir. Bu da təsadüfi deyil. Çünki Suriya böyük türk coğrafiyasının bir parçasıdır, üstəlik də Azərbaycanla tarixi bağlara malikdir.

“Bəşəriyyət yenidən tarixi olaylara şahidlik edir. Bu günlər Suriyada xalqın uzun müddət apardığı mübarizə öz nəticəsini verdi. 61 illik Bəas rejimi sona çatdı. İndi yeni Suriyanın qurulması üçün müvafiq addımlar atılacaq. Lakin türk dünyası ayıq-sayıq olmalıdır. O mənada ki, yeni Suriya qurularkən oradakı türklər – yerli türkmənlərin bütün sahələrdə haqları da mütləq nəzərə alınmalıdır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov deyib.

Kərkükdə yaşananlar təkrarlanmasın

CASCFEN sədri bildirib ki, Suriyada Əsəd rejimindən ən çox əziyyət çəkən və eyni zamanda bu rejimin yıxılmasında aparıcı rol oynayan məhz türkmənlər oldu: “Bəlli olduğu kimi, artıq Əsədsiz Suriyanın yeni bayrağı qəbul edilib. Keçid dövrünün başlanğıcı olaraq qəbul edilən yeni bayraq Suriyanın gələcəkdə demokratik, çoxsəsli bir idarəetmə sisteminə keçid etmə niyyətini əks etdirir. Eyni zamanda Suriyada hakimiyyət dəyişikliyindən sonra 18 aylıq keçid dövrü olacaq. Həmin dövr ərzində yeni konstitusiya hazırlanacaq”.

Nadir İsmayılov hesab edir ki, bu 18 ay təkcə Suriya üçün deyil, türk dünyası üçün də xüsusi önəm kəsb edir: “Türkiyə başda olmaqla bütün türk dünyası prosesləri diqqətlə izləməli, İraqda – Kərkükdə yaşananların bu dəfə də Suriyada – Hələbdə təkrarlanmasına imkan verməməlidir. Məlum olduğu kimi, Səddam Hüseyn devriləndən sonra İraqda da yeni konstitusiya qəbul edildi. Lakin bu gün biz baxırıq ki, Kərkükün, ümumilikdə Türkmənelinin PKK yanlısı terrorçulara bir növ peşkəş çəkilməsi üçün cəhdlər edilir. Ona görə hesab edirəm ki, 18 ay sonra Suriya türkmənlərinin də oxşar problemlə üzləşməməsi üçün diqqətli və qətiyyətli addımlar atılmalıdır. Düşünürəm ki, yeni Suriyada türkmənlərin layiq olduqları haqqı qazanması ümumilikdə türk dünyasının qlobal səviyyədə nüfuzunu da atırmış olacaq”.

Türkiyə ilə çiyin-çiyinə hərəkət etməliyik

Siyasi şərhçi Azər Həsrət də özəlliklə Suriya türkmənlərinin məsələsinin diqqətdə saxlanılmasının vacibliyini qeyd edir: “Suriya Azərbaycan üçün yad bir ölkə deyil. Bizim bütün tariximiz boyu indi Suriya adlanan coğrafiya ilə bağlarımız olub. Azərbaycan tarixində, ədəbiyyatında mütləq Şamın, Hələbin adları çəkilir, oralarda baş verənlər, yaxud hazırkı Azərbaycan Respublikasının tarixi dövlətləri ilə oraların əlaqələri – iç-içə olması vurğulanır. Yəni Suriya bizim üçün doğma bir yerdir. Üstəlik də indinin özündə belə Suriyada milyonlarla türkmən yaşayır. Onlar isə haqlı olaraq həm də bizdən dəstək gözləyirlər. Çünki özlərini biz Azərbaycanlıların, ümumiyyətlə isə dünya türklüyünün bir parçası sayırlar. O baxımdan Suriya məsələsində mütləq diqqətli olmalı, mümkün dəstəyimizi əsirgəməməliyik. Düzdür, qardaş Türkiyə proseslərə nəzarət edir, zərərli beynəlxalq oyunçuları indilik kənarlaşdırmağa nail olub. Amma bu proses belə bitməyəcək yəqin ki. Yabançı güclərin bu dəfə də Suriyada zərərli oyunlar qurmasının əngəllənməsində qardaş Türkiyə ilə çiyin-çiyinə hərəkət etməliyik. Ümumiyyətlə isə Suriya da hazırkı türk dünyasının bir parçasıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər