Sizin Reklam Burada

Dünyəvi lider, ümummilli lider!

Dünyəvi lider, ümummilli lider!O, dünyaya LİDER kimi gəlmişdi və bütün mənalı ömrünü lider kimi də yaşadı. İstər Mərkəzi Komitənin birinci katibi, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olanda Azərbaycan üçün çalışdı, onu ittifaq respublikaları arasında ön sıralara çıxardı, onlarla yazıçılar, şairlər, bəstəkarlar, bütövlükdə sənət adamları mərkəzi hökumətin fəxri adlarını aldılar, ittifaq miqyasında tanındılar.

Bununla yanaşı respublikada aqrar-sənaye kompleksi inkişaf etdirilirdi, respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ildən- ilə artırdı, stabilləşirdi, yeni istehsal sahələri yaradılırdı. Artıq 1981-1982- ci illərdə pambıq istehsalı bir milyon tona, üzüm istehsalı iki milyon ton, meyvə- tərəvəz istehsalı bir milyon tona çatırdı. Bu istehsallar eyni zamanda rayonlarımızın, kəndlərimizin simasını dəyişirdi, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilirdi, mədəni maarif sahələri yenilənirdi, demək olar ki, hər kənddə kitabxanalar fəaliyyət göstərirdi, telefonlaşma aparılırdı. İnsanların maddi rifah halı artan dinamika ilə yaxşılaşırdı, hər ilin payızında rayonlarda “ məhsul bayramı” keçirilirdi, kənd əməkçilərinə, fərqlənənlərə maşınlar hədiyyə edilirdi, fəxri adlar verilirdi. Şəhərlərimizdə iri sənaye müəssisələrinin tikilərək işə salınması bütövlükdə əhalinin iqtisadiyyatının güclənməsi ilə nəticələnirdi.

Ümummilli lider 1993- cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə ölkə bütün mənalarda ağır vəziyyətdə idi, bir yandan ölkə daxilində olan başıpozuqluq, ayrı- ayrı adamlara, qruplara xidmət göstərən dəstələr, büdcənin boşluğu, digər tərəfdən mənfur ermənilərlə müharibə vəziyyəti qətiyyətli qərarlar qəbul etməyi tələb edirdi. Böyük lider bütün bunların öhdəsindən gəldi, xalq sevgisi, xalq dəstəyi Ona daim güc verirdi. Əsrin müqaviləsi, 1995- ci ildə analoqu olmayan cəsarətli torpaq islahatları ölkədə vəziyyəti dəyişməyə başladı. 1995 - ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Konstitusiyası dövlətin idarəçiliyində mühüm rol oynamağa başladı. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi böyük tarix yazdı və ürəklərimizdə özünə yer tutdu. Allah rəhmət eləsin, hörmətlə anırıq.

İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər