Sizin Reklam Burada

"Belə layihələr iki ölkəni, xalqı bir-birinə daha çox bağlayır"

"Belə layihələr iki ölkəni, xalqı bir-birinə daha çox bağlayır"İran və Azərbaycan tarixən qonşu olub və bu qonşular arasında bütün sahələrdə sıx işbirliyi olmalıdır.
Azərbaycan hökuməti ilə İran hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında
yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu kimi müştərək iqtisadi layihələr işləməli, həyata keçirilməlidir.

Bunu Avrasiya.net-ə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib.

Onun sözlərinə görə, memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir ki, bu da tərəflərin xeyrinədir: "Belə layihələrin həm iqtisadi, həm siyasi əhəmiyyəti var, eyni zamanda iki xalqın iqtisadi, sosial rifahının yaxşılaşması deməkdir. Xüsusən də sərhədyanı əhali üçün. Belə iqtisadi əlaqələr iki ölkə, xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək. Bu əlaqələr başqa sahələrdəki əlaqələrin həm genişlənməsinə, həm də möhkəmlənməsinə gətirib çıxaracaq. Eyni zamanda sərhədlərimizin təhlükəsizliyinə zəmanət olar, regionun sabitliyində də müsbət təsiri ola bilər".

Ə.Süleymani onu da qeyd edib ki, İranın Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclərini öz üzərinə götürməsi də təqdirəlayiqdir.

Onu da qeyd edək ki, bununla da Azərbaycan daha bir tarixi sənədə imza atdı. Azərbaycan istədiyi yolu, dəhlizi yenə əldə etdi. Biz müharibədən sonra demişdik ki, Ermənistan da sülh müqaviləsi imzalasın, kommunikasiyaların bərpasında iştirak etsin. Ancaq Ermənistan məsələni uzatdı, gah qoşuluram, gah qoşulmuram dedi. Əsas odur, biz Ermənistanı gözləmədən bu tarixi anlaşmanı imzaladıq, Ermənistan yenə də qaldı kənarda. Azərbaycan üçün bu dəhliz də vacib idi. Ermənistan həm müharibəni uduzdu, həm də regional layihələrdən kənarda qaldı.

Ə.Süleymani də Ermənistanın bu kimi məsələlərdən kənarda qalmasını onun ziyanına olduğunu deyib: "Hər halda Ermənistan üçün daha vacibdir ki, bu layihələrə qoşulsun. Çünki nə qədər uzaqda qalsa bir o qədər inkişafdan geri qalacaq və Ermənistan xalqı da problem yaşayacaq və ermənilər daha çox ölkəni tərk edəcəklər, Paşiniyan da siysi böhrana dûşəcək, özəlliklə də Rusiya indiki durumda Ermənistana o qədər də kömək edə bilməyəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər