Sizin Reklam Burada

Anti-terror əməliyyatı yetişir: Qarabağda açılan atəş nələri gündəmə gətirdi?

Anti-terror əməliyyatı yetişir: Qarabağda açılan atəş nələri gündəmə gətirdi?Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozdu, dünəndən etibarən Şuşa istiqamətdə təxribat atəşi edilir.

Erməni mənbələr bu günün ikinci yarısında Şuşa istiqamətində atəş səslərinin eşidildiyini yazırlar. Qarabağdakı separatçılar isə iddia edir ki, Azərbaycan Şuşadan Xankəndinə doğru atəş açıb.

Bu iddiada ermənilərin də, rusların da marağı var.

- Ermənilər “Azərbaycanı hücum edən tərəf” kimi göstərir və sülhməramlılara şikayət üçün əsas yaradır;

- Ruslar atəşin açılması ilə bağlı Azərbaycan tərəfinin müraciətinə baxmaqla yanaşı, ermənilərin də eyni motivli müraciətini qəbul edir və bununla separatçıları Qarabağda tərəf kimi təqdim edir: Moskvanın niyyətini anlamaq üçün Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlara baxmaq kifayətdir;

Lakin baş verənlərin Bakının əlini gücləndirən tərəfləri də var:

1. Qarabağdakı separatçılar, qanunsuz erməni silahlı dəstələri qalıcı olmadıqlarını anlamalıdır;

2. Rusiya sülhməramlılarının təhlükəsizliyi təmin edə bilmədiyi reallığı sübut olunur və bu, Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişlənməsini, ən azı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin aktivləşməsini aktuallaşdırır;

3. 10 noyabr bəyanatının 4-cü bəndinin – erməni qoşunların bölgədən çıxarılması – icrası gündəmə gəlir;

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər