Sizin Reklam Burada

Ərdoğan Şuşadan dünyaya mesaj verəcək

Ərdoğan Şuşadan dünyaya mesaj verəcəkCənab Ərdoğanın Qurtuluş Günündə Azərbaycana səfəri qardaş ölkənin hər zaman yanımızda olduğu deməklə yanaşı dünyaya bir mesajdır. Bu mesaj Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz və əbədi olacağıdır.

Bunu "Xalq Cəbhəsi"nə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə münasibətində politoloq Mirsamir Məmmədov bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının zirvə toplantısından sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Politoloqun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir siyasi nizam formalaşır:

“Rəsmi Ankaranın bölgədə siyasi və iqtisadi proseslərə təsiri güclənir. Ərdoğanın ölkəmizə səfəri və Şuşada görüşlər keçirməsi işğalçı Ermənistan və onu dəstəkləyən qüvvələrin narahatlığına səbəb olduğu da təbiidir. Bu səfər regionda siyasi prosesləri canlandıracaq. Həmçinin, Ermənistan-Azərbaycan münasibətlərində yeni siyasi mənzərənin formalaşmasına gətirib çıxaracaq".

Politoloq Ərdoğanın Şuşada dünyaya mesajlar verəcəyini də istisna etməyib. Onun fikrincə, 44 günlük müharibədə əldə olunan Qələbədən sonra işğalçı Ermənistanın məğlubiyyətini həzm edə bilməyən qüvvələr hələ də təşvişdədilər: "Minsk qrupunu proseslərə çəkmək istəyirlər. Bu prosesdə iştirakçılıq isə yalnız ermənilərin xeyrinədir. Azərbaycan-Türkiyə qardaşlığı isə həmin qüvvələrin istəklərinə qarşıdır. Ərdoğanın Şuşaya səfəri bu plana qarşı bir cavab olacaq. Ərdoğan Şuşaya səfər etməklə bölgədə olduğunu və Azərbaycanın yanından çəkilməyəcəyini bir daha sübut etmiş olacaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər