Sizin Reklam Burada

Bitərəf deputatlar MSK-ya namizədlərini seçdilər - SİYAHI

Bitərəf deputatlar MSK-ya namizədlərini seçdilər - SİYAHIMilli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirilib.

Bitərəf deputatlar aşağıdakı şəxsləri MSK-ya namizəd kimi təqdim ediblər. Onların namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Arifə Muxtarova
Qabil Orucov
Fuad Cavadov
Nizami Nadirxanlı
İlham Məmmədov
Nailə Əsgərova

VI çağırış Milli Məclisdə 45 bitərəf deputat təmsil olunur.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. MSK üzvlərinin səlahiyyət müddəti bu il aprelin 15-də bitdiyindən, Komissiya yenidən formalaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər