Sizin Reklam Burada

Ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulub

Ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulubPrezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulub.

Avrasiya.net xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

O, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib.

Ə.Vəliyev həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığının isbat olunduğunu, siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını qeyd edib.

Şöbə müdiri Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlarının, habelə beynəlxalq qurumlara birgə müraciətlərinin mütərəqqi önəmini xatırladıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər