Sizin Reklam Burada

Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədi

Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədiRusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib.

Avrasiya.net xəbər verir ki, bu fikri Rusiya XİN-in başçısı Bosniya və Herseqovina prezidiumunun üzvü Milord Dodik ilə Moskvadakı görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, ABŞ Türkiyəyə qarşı C-400 zenit-raket komplekslərinə görə sanksiyalar tətbiq edib. Nazir bunu beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiri kimi qiymətləndirib. S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır.

Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər