Sizin Reklam Burada

Rusiya yeni münaqişəyə girir: təzyiq artacaq

Rusiya yeni münaqişəyə girir: təzyiq artacaqKuril adaları məsələsi son zamanlar aktivləşən münaqişələrdəndir. İkinci Dünya müharibəsinin “yadigarı” olan bu münaqişənin ciddi təsirləri ola bilər. Xüsusilə ABŞ-ın Yaponiyaya verəcəyi siyasi dəstəyi nəzərə alsaq, Moskva yeni sanksiyalar ilə üzləşə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya ilə Yaponiya arasında mübahisəli ərazi olan Kuril adaları haqda danışarkən deyib.

O bildirib ki, İkinci Dünya müharibəsi zamanı SSRİ Yaponiyaya məxsus Kuril adalarını işğal edib:

“1945-ci ildə Yaponiya rəsmən təslim olduğunu elan etsə də, SSRİ ilə hər hansı bir sülh müqavilsinin olmaması səbəbilə adalar SSRİ-də qaldı. Yaponiya 1950-ci illərə qədər Kuril adalarının geri qaytarılması ilə bağlı dəfələrlə SSRİ rəhbərliyinə tələblər göndərsə də, nəticəsi olmadı. SSRİ-nin dağılmasının ardınca Yaponiya bu danışıqları Rusiya ilə aparmağa başladı. Rusiyanın birinci Prezidenti Boris Yeltsin adaların aqibəti ilə bağlı nəinki müsbət bir qərar verdi, əksinə, rəsmi Moskva adalarda müxtəlif infrastuktur çalışmalarına başladı. Eyni zamanda ada hərbi məqsədlər üçün də istifadə edildi. Digər tərəfdən, Yeltsin adaları vermək istəsəydi belə, bu, mümkün deyildi. Çünki Rusiyada kifayət qədər millətçi qrup var ki, bunu heç də müsbət qarşılamazdı”.

Olitoloq xatırladıb ki, Putinin hakimiyyətə gəlişindən sonra adalarla bağlı məsələ bir daha gündəmə gəlib. Putin Yaponiya ilə adaların birlikdə iistifadəsini təklif edib:

“Rəsmi Tokio adaların “ümumi” olmasını heç cür qəbul edə bilməzdi. Digər tərəfdən Yaponiya başa düşürdü ki, Putin bu yolla Yaponiyanın adalara investisiya ayırıb inkişaf etdirməsini istəyir. Buna görə də bu təklifə razı olmadı”.

Politoloq bildirib ki, ABŞ Kuril adaları məsələsində Yaponiyaya birmənalı olaraq dəstəyini ifadə edib:

“Rəsmi Vaşinqton adalarda yaşayanların Yaponiya vətəndaşları olduğunu bəyan edərək, dəstəyini ifadə etdi. Yaponiya ABŞ üçün çox önəmlidir. Xüsusilə Çinlə və Şimali Koreya ilə münasibətlər fonunda Uzaq Şərqdəki ən yaxın tərəfdaşı Yaponiyadır. Bu mənada düşünürəm, yanvardan sonra rəsmi Vaşinqtonun Kuril adaları məsələsində Yaponiyaya dəstəyinin artacağının şahidi olacağıq”.

E.Şahinoğlunun sözlərinə görə, Yaponiya Rusiyanın Kuril adalarına S-300 raketlərini yerləşdirməsini bahanə gətirərək, 1945-ci ildə ABŞ-la imzaladığı müqavilənin bəndini də dəyişdirməyə nail ola bilər:

“Məsələ ondandır ki, İkinci Dünya müharibəsinin sonunda Yaponiya ilə ABŞ arasında imzalanan sülh bəyanatına görə, rəsmi Tokio ordusunu azaltmalı, bu istiqamətdə limit tətbiq etməli idi. Son illərdə isə Yaponiyanın öz ordusunu böyütmək istədiyini görürük. Düşünürəm, Yaponiya Rusiyanın adalardakı hərbi aktivliyini nəzərə alaraq bu maddənin ləğvinə nail ola bilər.

Digər tərəfdən, rəsmi Vaşinqton da uzun illərdir bu məsələdə Tokioya dəstək verir. Yəni Yaponiyanın ordusunu genişləndirməsi ABŞ-ın da maraqlarına uyğundur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər