Sizin Reklam Burada

"Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçməlidir"

"Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçməlidir"Xocalı aeroportunun beynəlxalq reystrə salınması və burada uçuşların təşkil edilməsi, yalnız Azərbaycanın nəzarətində olmalıdır. Xocalı aeroportuna bu müddət ərzində Azərbaycanın razılığı olmadan hər hansı bir beynəlxalq uçuş həyata keçirilməyib. Hətta Ermənistan bəzi istisnalar olmasına baxmayaraq, bu uçuşlara risk etməyib.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda Xocalı aeroportu Azərbaycan hərbiçilərinin nəzarətində deyil. Rusiya köhnə "DQMV sərhədləri" çərçivəsində status-kvonun davam etdirilməsində maraqlıdır: "Məhz Xocalıda ermənilərin nəzarətində olacaq. Təbii ki, bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Və burada suverenliyimiz bərpa olunacaq. Bu, danışıqlar mərhələsində həll ediləcək".

Politoloq bildirib ki, hazırkı situasiyada Xocalı aeroportuna uçuşların icazə verilməsi yolverilməzdir. Yalnız Xocalı aeroportuna Azərbaycanın tam nəzarətini təmin etdikdən sonra bu reallaşa bilər.

Ermənistanın Xocalı aeroportuna uçuşlarına icazə verməmək, ermənilərin nəzarətində olan bu aeroporta beynəlxalq uçuşları qadağanı qüvvədə saxlamaq lazımdır: "Əgər, nəzarətimizdə olmayan Xocalı aeroportunda uçuşlar olacaqsa "Arstaxin tanınması" istiqamətində ermənilər fəaliyyətlərini genişləndirəcək, buradan Qərb ölkələrinə aviareyslər təşkil ediləcək. Bu, birbaşa Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə zərbə ola bilər.

Əgər uçuşa icazə verilsə, Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarə ilə nümayişkəranə şəkildə buraya səfər etməsinə heç kim zəmanət verməz".

Moskva da Xocalı aeroportunun fəaliyyətində maraqlıdır. Aeroportun işə düşməsini Kreml israr edir. Guya buradakı "sülhməramli qüvvələrini" təchizatla təmin etsin. Amma, bunun arxasında əsas məqsəd Qarabağa uçuşları bərpa etməkdir. Əsas məqsəd Xankəndi-Moskva reysi açılaraq bundan hərbi məqsədləri üçün istifadə etsin: "Həmçinin Qarabağda ermənilərin Rusiya ilə əlaqələrini birbaşa qursun. Ona görə də belə bir uçuşlara icazə vermək olmaz.

Yalnız aeroport Azərbaycanın nəzarətində olacaqsa, burada uçuşlara icazə və təhlükəsizliyinə zəmanət vermək olar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər