Sizin Reklam Burada

Şok etiraf: Rusiya hər şey verdi, “İsgəndər”dən də atdıq...

Şok etiraf: Rusiya hər şey verdi, “İsgəndər”dən də atdıq...Dəfələrlə Ermənistan hərbi-siyasi rəhbərliyini Su-30CM almaqdan çəkindirməyə çalışmışam, amma onlar dinləməyiblər.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib. O, 2016-cı ildə bu məsələ müzakirə olunan zaman Serj Sərkisyanı buna inandıra bildiyini deyib.

Akopyan bunun yerinə bir neçə “Tor” kompleksinin alınmasının planlaşdırıldığını söyləyib. Bununla belə, Akopyan “Tor” sistemlərini aldıqdan sonra yerdə qalan vəsaitə Su-30CM-lərin alınmasıyla bağlı qərarın verildiyini qeyd edib:

“Onlar Rusiyanın qanunvericiliyini belə oxumayıblar. Orada deyilir ki, Su-30CM üçün olan silahlar, xüsusilə “hava-hava” raketləri digər dövlətlərə satılmır”.

Akopyan, həmçinin II Qarabağ savaşında Azərbaycana qarşı “İsgəndər” raketlərindən də istifadə edildiyini etiraf edib. Bununla belə raketlərin nə zaman və hansı nöqtəyə atıldığını açıqlamayıb.

Rusiyanın yardımına gəlincə isə Akopyan Moskvanın edə biləcəyi hər şeyi etdiyini bildirib.

O, Moskvanın Ermənistana İrəvanın arzuladığı hər şeyi verdiyini deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər