Sizin Reklam Burada

Rəsul Quliyev: "Prezidentin bu çıxışını təcili ingilis dilində bütün dünyaya yaymaq lazımdır"

Rəsul Quliyev: "Prezidentin bu çıxışını təcili ingilis dilində bütün dünyaya yaymaq lazımdır"Azərbaycan Ordusunun erməni işğalına və təxribatlarına cavab olaraq sentyabrın 27-dən başladığı əks-hücum və cəzalandırma əməliyyatları bütövlükdə Azərbaycan cəmiyyətini Ali Baş Komandanın ətrafında birləşdirərək, ölkədəki ənənəvi iqtidar-müxalifət münasibətlərini də sıfırlayıb, bu münaibətlərə yeni çalar qatıb. Artıq ölkənin 50-dən çox siyasi partiyası Prezident İlham Əiyevə dəstək ifadə edən bəyanat qəbul edərək, açıq şəkildə Vətən savaşında onunla eyni səngərdə durduqlarını bildiriblər.

Strateq.az xəbər verir ki, ilk gündən Prezidentin mövqeyini dəstəkləyən müxalifət liderləri sırasında hazırda ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev də var.

Bu gün o, özünün sosial şəbəkə hesabında Prezident İlham Əliyevin son çıxışını şərh edərək, onu yüksək dəyərləndirib və hakimiyyəti tez bir zamanda çıxışın mətnini ingilis dilinə tərcümə edərək, daha geniş auditoriyaya yaymağa çağırıb.

Rəsul Quliyev yazıb:"Az öncə AzTV-də Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətini sona qədər dinlədim. Müharibənin başlama səbəbləri, müharibənin gedişi və nə vaxt bitmək ehtimalı haqqında tarixi faktlara söykənmiş, məntiqli və səlist çıxışı ilə Prezident erməni siyasətçilərinin və onları dəstəkləyən bəzi ölkələrin siyasətlərinin hansı dərəcədə aşağı səviyyəli olmasını bir daha ortaya qoymuş oldu. Düşünürəm ki, Prezidentin bu çıxışını təcili ingilis dilində bütün dünyaya yaymaq lazımdır. Azərbaycanın xaricdəki səfirlikləri bu materialı rəsmi yolla o ölkələrin hökumətlərinə və parlamentlərinə çatdırmalıdır".

Daha sonra sabiq spiker tarixə ekskurs edərək, ermənilərin Azərbaycan ərazisinə köçrülməsi məsələsinə toxunub: "Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması 1828-ci ildən Rusiya imperiyası İranın Azərbaycan hissəsini işğal edəndən sonra başlayır. Dünya tarixində bu falsifikator ermənilərin, iddia etdikləri kimi, heç vaxt tanınmış dövlətləri olmayıb. Bu "erməni dövlətləri"nin bir hissəsi Sasanilərin (İran), o biri hissəsi də Bizans hökumətinin tərkibində olublar. 1828-ci ildən sonra artan ermənilər Bakıda və Qarabağın bəzi regionlarında yerləşdirilib. Ancaq bu regionlarda ermənilərin yaşadığı kəndlərdə sayları 3%-dən yuxarı olmayıb. Bakıda bolşevik Şaumyan hakimiyyəti ələ keçirəndən sonra Bakını müstəqil erməni şəhəri etmək istəyirdi. Ancaq Türk ordusu yeni yaranmış Azərbaycan ordusu ilə Bakını ermənilərdən təmizləməklə bu sərsəm ideyaya son qoyuldu."

R.Quliyev qeydlərində Fransa və Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq ehtimalına da toxunub və Türkiyə faktoruna görə onların çəkinəcəklərini vurğulayıb: "Ermənilərin çox nanəcib olduqlarını Türkiyə qədər heç kim bilmir. Birinci Dünya Müharibəsində Türkiyə vətəndaşı olduqlarına baxmayaraq, orduya arxadan zərbə vurmaqla sonradan yalançı "soyqırım" isterikası da ermənilərə aiddir. 106 il keçməsinə baxmayaraq, bu gün də ermənilər eyni taktika ilə göz yaşı tökürlər. Bu müharibədə Türkiyənin köməyi Azərbaycan üçün ən önəmli dəstəkdir. Özünü top dünya siyasətçilərindən biri hesab edən Makron, özünü keçmiş sovet respublikalarının anası hesab edən Putin Azərbaycan prezidentinə qulaq asmaya bilərlər, ancaq hər gün Azərbaycanın yanında olduğunu və "Azərbaycan 30 ildir əsarətdə olan torpaqlarının azad edilməsində haqlıdır və Türkiyə onun yanındadır" bəyanatlarını verən Prezident Ərdoğanı eşitməyə bilməzlər. Prezident Ərdoğanın Suriya və Liviyada verdiyi sözlərə əməl etməsi, bu məsələdə ona müqavimət göstərən ölkələri diz üstə oturtması onun bəyanatlarının ritorika olmadığını göstərir".

R.Quliyev Prezident Əliyevin çıxışı zamanı səsləndirdiyi "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarını da dəstəklədiyini ifadə edib: "Bu, çox güclü şüardır. Azərbaycan xalqının əhval-ruhiyyəsi bu şüarın həyata keçirilməsində axıra qədər Ordunun yanında olacağı açıq-aşkar görsənir."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər